Çərşənbə axşamı , Avqust 20 2019
Ana səhifə / İqtisadiyyat / “Mişel Obama ilə eyni lojada idim, çünki…” – “Qiyamçı” səfirimizin oğlunun gizlinləri

“Mişel Obama ilə eyni lojada idim, çünki…” – “Qiyamçı” səfirimizin oğlunun gizlinləri

Maliyyə maxinasiyalarında ittiham edilən və “İnterpol”a axtarışa verilən Azərbaycanın Avropa Şurası yanında Daimi Nümayəndəliyin keçmiş rəhbəri Arif Məmmədovun oğlu sosial şəbəkələrdəki aktivliyi və maraqlı paylaşımları ilə diqqət mərkəzindədir. “Qafqazinfo” xəbər verir ki, feysbuk hesabında Jame Mam niki ilə qeydiyyatdan keçən “qiyamçı” diplomatın oğlu lüks həyatını və siyasi baxışlarını nümayiş etdirməkdən çəkinmir. 

Bu paylaşımlarında eks-səfirin oğlu içki aludəçisi olduğunu gizlətmir, atası dövlət əmlakını külli miqdarda mənimsəməkdə ittiham olunan “Jame Mam” 2010-cu ildəki statusunda isə Audi 8 markalı yeni avtomobil almasının sevincini paylaşır.

Diplomatın oğlu paylaşımlarında Yaxın Şərqdə gedən müharibələrdə İsrail dövlətini ittiham edir, baş nazir Netahyahunu isə Avropada rasizmin əsas lideri kimi təqdim edir. Eyni zamanda, ABŞ prezidenti Donald Trampa olan antipatiyasını da gizlətmir.

A.Məmmədovun oğlunun ən maraqlı paylaşımı isə 2009-ci ildə Fransada bələdiyyə salonunda Obama ilə görüşdən xatirəsi olub:

“Mən çox utanırdım və əmin idim ki, əlimi qaldırsam o məni seçəcək. (Həmin gün çox rəsmi geyinmişdim, intellegent və ciddi görünürdüm. Yüz faiz əmin idim ki, Obama məni seçəcək). Etməli olduğum ancaq o idi ki, əlimi qaldırım və dünyada hər kəs mənim verəcəyim suala qulaq asacaqdı. Mişel Obama ilə eyni lojada oturmuşdum, çünki dayım ABŞ-ın sabiq gizli agenti olub. Sual verməyə çox utanırdım, çünki düşünürdüm sualım gülüncdür.

Sual belə idi: Cənab Obama, gözəl nitqiniz üçün çox təşəkkürlər. Mənim 17 yaşım var və prezident seçkilərində sizə səs vermişəm. Cənab Obama, ilk qara dərili prezident olmaq necə bir hissdir ? Siz Ağ Evdə işlərinizi necə idarə edirsiniz?

Çox üzgünəm. Çünki düşünürdüm ki, ən gözəl sual mənimkidir və əlimi qaldırmadığıma inana bilmirəm. Görürsüz, həyat peşimanlıqlarla doludur və əlimi qaldırmadığım üçün çox peşmanam. Bu peşmançılıqlar insanın həyatını korlayır”.

 

“Mişel Obama ilə eyni lojada idim, çünki…”   -  “Qiyamçı” səfirimizin oğlunun gizlinləri
“Mişel Obama ilə eyni lojada idim, çünki…”   -  “Qiyamçı” səfirimizin oğlunun gizlinləri
“Mişel Obama ilə eyni lojada idim, çünki…”   -  “Qiyamçı” səfirimizin oğlunun gizlinləri

Həmçinin oxuyun

Məmur hərisliyi Azərbaycanda otellərin boş qalmasına səbəb olub

Azərbaycanda mehmanxana otaqlarının təxminən 80 faizə yaxını boşdur.  Dövlət Statistika Komitəsinin məlumatına görə, 2019-cu ilin …

Bir cavab yazın