Ana səhifə / İqtisadiyyat / Milyonçular üçün inşa edilən bunkerlər — FOTOLAR

Milyonçular üçün inşa edilən bunkerlər — FOTOLAR

Mümkün qiyamət ssenarilərinə qarşı milyonçular üçün bunkerlər inşa edilir. 

ABŞ-da bütün lüks şərtlərə uyğun bunkerlər satılır.

Verilən xəbərə görə, ABŞ-ın əsas iş adamları Yeni Zellandiyada bunkerlər inşa etdirirlər. Piter Til bir göl kənarında 10 milyon dollara ərazi alıb.

Silikon vadisi milyarderlərinin 50%-i  ya ABŞ-da, ya da ölkə sərhədlərindən kənarda bunker alıblar. Yişan Vunq isə əvvəlcədən gözü üzərində əməliyyat keçirib. İş adamının fikrinə görə, qiyamət qopsa, göz həkimləri ölə bilər.

ABŞ-da bir inşaat şirkəti isə 1960-cı ildə ABŞ ordusu tərəfindən yeraltı raket anbarı kimi istifadə edilən bir anbarda bunkerlər tikib və satışa çıxarıb.

Bunkerlərin qiyməti 1.5 -3 milyon dollar arasındadır. Şirkətin rəhbəri Larry Holl bildirib ki, güclü tələbat olduğu üçün yeni layihələr üzərində işləyir.

Bunkerin divarları 2.9 metr enlilikdədir və saatda 800 km sürətlə əsən küləyə davamlıdır. Sahəsi 84 və 168 kv metr arasında dəyişən mənzillərin sakinləri 5 il müddətində rahatlıqla burada yaşaya bilərlər. (Ölkə.Az)

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …

Bir cavab yazın