Çərşənbə axşamı , İyun 18 2019
Ana səhifə / İqtisadiyyat / Milyarder-videobloqqer müxalifət liderinə qarşı: “Tfu sənə, bir daha…”

Milyarder-videobloqqer müxalifət liderinə qarşı: “Tfu sənə, bir daha…”

Rusiya siyasətində maraqlı ənənə yaranmaqdadır.

Virtualaz.org xəbər verir ki, məşhur bloqqer və Putinə qarşı ən populyar müxalif lider, Korrupsiyaya qarşı Mübarizə Fondunun rəhbəri Aleksey Navalnı ilə özbək əsilli milyarder-oliqarx Əlişir Usmanov arasında qarşıdurma sonuncunun opponentinə qarşı onun öz metodundan istifadəsi ilə davam etməkdədir.

Qarşıdurmaya səbəb Navalnının baş nazir Dmitri Medvedyevin barəsində kompromatların əksini tapdığı səs-küylü filmidir. Həmin filmdə Navalnı Əlişir Usmanovu da korrupsiyada, rüşvət paylamaqda, oğurluqda günahlandırıb, habelə onun sovet dövründə Özbəkistanda zorlama maddəsi ilə həbsdə yatdığını bildirib.

Milyarder-oliqarx buna cavab olaraq Navalnını məhkəməyə verib. Üstəlik bir neçə gün əvvəl Navalnıya videomüraciət hazırlayaraq internetdə yayıb. Həmin  müraciətdə oliqarx müxalif lideri yalan danışmaqda, boşboğazlıqda günahlandırır, axırda da ona tüpürür: “Tfu sənə, Navalnı”.

Aleksey Navalnı isə Usmanova eyni üsulla cavab verib, onun ünvanına korrupsiya və oğurluq ittihamlarını təkrar edib, ancaq milyarderə tüpürcək ünvanlamayıb.

Bununla belə Usmanov özünün videobloqqerlik qabiliyyətini kəşf etmiş kimi görünür və rəqibinə qarşı daha bir videocavab hazırlayıb, özü də yenə tüpürcəkli. Bu dəfəki müraciətində oliqarx Navalnını məşhur rus yazıçısı Mixail Bulqakovun “İt ürəyi” povestindəki Poliqraf Şarikova bənzədir.  Bildirir ki, Navalnı ilə üzbəüz debata çıxmaq fikrində deyil. Usmanov tam əmindir ki, Navalnının yalanını ifşa edib və ona belə məsləhət verir: “De ki, mən səhv etmişəm. Bu, səni yüngülləşdirəcək, Aleksey Poliqrafoviç Navalnı”.

Video bu sözlərlə bitir: “Tfu sənə, bir daha”.

İndi müxalifət liderinin bu videoya necə cavab verəcəyini gözləyirlər.

Virtualaz.org

Həmçinin oxuyun

Avropa İttifaqı şirkətlərinin 75%-i Azərbaycana yenidən investisiya qoyacaq

Azərbaycanda fəaliyyət göstərən Avropa İttifaqına (Aİ) üzv olan ölkələrin şirkətlərinin 75 faizi ölkəyə yenidən investisiya …

Bir cavab yazın