Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / İqtisadiyyat / MİDA-nın ŞÜBHƏLİ “RİSK” ƏMƏLİYYATI – Agentlik “çökən” sistemi 15 evin puluna alıb!

MİDA-nın ŞÜBHƏLİ “RİSK” ƏMƏLİYYATI – Agentlik “çökən” sistemi 15 evin puluna alıb!

“MİDA-nın güzəştli mənzil satışında uğursuzluğa əsas səbəb olan, mənzillərin onlayn satışı günü “çökən” “Güzəştli Mənzil” informasiya sisteminin hazırlanması üçün “RİSK” şirkətinə 260 min manat vəsait ayrılıbmış”. “AzPolitika.info”nun məlumatına görə, belə sensasiyalı açıqlama ilə informasiya texnologiyaları mütəxəssisi Osman Gündüz çıxış edib.

7601Lakin hələ bu da son deyil. O.Gündüzün bildirdiyinə görə, MİDA-nın sirli “RİSK” şirkətinə ödədiyi pulun ümumi məbləği 700 min manatdan artıqdır.

“Hələ üstəlik “Güzəştli Mənzil” informasiya sisteminin proqram təminatı üçün lisenziyaların və İT xidmətlərinin satın alınması üçün də MİDA bu şirkətə əlavə olaraq 500 min manat vəsait ayırıbmış.

Düşünürəm ki, bu qədər vəsaitlə nəinki sistemin çökməsinin qarşısını almaq, hətta daha bir alternativini yaratmaq, alternativ kanallar əldə etmək, bir neçə səviyyəli İT support təmin etmək, nüfuzlu mütəxəssisləri, İT qurumları dəvət eməklə, sistemin dayanıqlığını test etmək olardı. Baş verənlər göstərir ki, sistemin dayanıqlı və təhlükəsiz fəaliyyəti üçün atılan addımlar yetərli olmayıb” – O.Gündüz bildirib.

Xatırladaq ki, Mənzil İnşaat Dövlət Agentliyi (MİDA) mayın 7-də Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu-8 ünvanında inşa etdiyi Yasamal Yaşayış Kompleksindəki 260 ədəd mənzili satışa çıxarıb. Mənzillərin satışa çıxarıldığı e-gov.az saytına saat 10:00-dək daxil olmaq mümkün olub, lakin 10:00-dan sonra sayt işləməyib. “Yeddi cəhddən sonra sistemə yalnız saat 11:08-də daxil ola bildim. Həmin vaxt 260 mənzildən cəmi 6-sı qalmışdı. Onlardan birini seçmək istədim. Lakin bu da mümkün olmadı”, – deyə, adının çəkilməsini istəməyən vətəndaş bildirib.

Vətəndaşların bir qismi isə sistemdən avtomatik olaraq uzaqlaşdırılıb. Saat 11:10-da, yəni mənzillərin satışa başlandığı 1 saat 10 dəqiqə keçəndən sonra bütün 260 mənzilin hamısının satıldığı məlum olub. MİDA problemi saytın hədsiz yüklənməsi nəticəsində yaranmış texniki problemlə əlaqələndirib.

Belədə sual yaranır ki, “Güzəştli Mənzil” informasiya sisteminin hazırlanması üçün “RİSK” şirkəti ilə ümumilikdə 760 min kimi (Təxminən 12 üçotaqlı, 15-17 ikiotaqlı evin dəyəri-red.) çox bahalı müqavilənin qarşılığında MİDA niyə keyfiyyətli xidmət ala bilməyib?

Mütəxəssisin yuxarıdakı açıqlamasından da göründüyü kimi, MİDA-nın təkcə mənzil satışı yox, həm də “Güzəştli Mənzil” informasiya sisteminin hazırlanması, həmçinin sistemin proqram təminatı üçün lisenziyaların və İT xidmətlərinin satın alınması əməliyyatları da çox böyük şübhə doğurur.

Həmçinin oxuyun

Kənddən şəhərə axın niyə dayanmır? – TƏHLİL

Ölkə iqtisadiyyatının bölgələr üzrə balanslı inkişafı əhalinin sosial rifahının normal təmini üçün əsas şərtdir. Keçən …