Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / “Meyvə-tərəvəzin qiyməti süni şəkildə artırılır” – Ekspert

“Meyvə-tərəvəzin qiyməti süni şəkildə artırılır” – Ekspert

“Azərbaycanda rəqabətliliyin az olması, inhisarçılıq meyilləri bahalaşmaya səbəb olur. Biz bahalaşmanı əsasən, market şəbəkələrində müşahidə edirik”.

Bunu Bakupost.az -a açıqlamasında iqtisadçı ekspert Eyyub Kərimli deyib.Ekspert bildirib ki, sahibkarlar qiymətləri süni şəkildə artırırlar:
“Düşünürəm ki, bunun qarşısını almaq üçün ölkə iqtisadiyyatında rəqabətliliyi artırmaq və liberal rəqabətli bazarın formalaşmasını həyata keçirmək lazımdır. Digər tərəfdən də nəzarət mexanizmləri gücləndirilməlidir”.Eyyub Kərimlinin sözlərinə görə, hazırda bir sıra tərəvəz məhsulları və meyvələrin qiymətinin bahalaşması isə mövsimi amillə bağlıdır:
“Çünki bəzi məhsulların əkini və istehsalı həyata keçirilmir. Bir çox meyvələr xaricdən idxal olunur. Bu da qiymət artımına səbəb olur. Digər məhsullarla bağlı qiymət artımı əsasən, süni xarakter daşıyır. Bunlar yağlar və dənli bitkilərdir. Çünki xarici bazarlarda həmin məhsulların qiymətində artım müşahidə edilmir. Bu yaxınlarda dövlət xidməti müəyyən araşdırmalar apardı. Bəzi dənli bitkilərdə, məsələn mərci, düyü, qarabaşaq və s. süni qiymət artımı baş vermişdi. Dünyada həm kərə yağının, həm də bitki yağının qiyməti aşağıdır. Amma bizdə əks proses gedir”.
Ekspert bildirib ki, tərəvəz məhsullarından soğanın da qiymətində artım müşahidə edilir:
“Çünki dünyada soğan qıtlığı yaşanır. Düzdü, biz özümüzü soğanla təmin edirik. Lakin soğan mövsümü deyil. Pomidor və xiyarın da qiyməti artıb. Bu yaxınlarda Rusiyaya pomidorun ixracaına icazə verilməsi qiymətə təsir göstərir. Xiyar daha çox digər ölkələrdən gəlir. Amma onu da qeyd edim ki, hətta idxal olunan ölkələrdə də xiyar bu qiymətə deyil. Demək ki, burda süni qiymət artımından söhbət gedir”.

Həmçinin oxuyun

“Tenderlərə nəzarət edən qurumun qanunundan xəbəri yoxdur” – Ekspert

Dövlət satınalmalarına nəzarət edən qurum – İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət …