Çərşənbə , May 25 2022
Ana səhifə / İqtisadiyyat / “Meyvəli” bazarının Dövlət Agentliyinə 250 min borcu yarandı

“Meyvəli” bazarının Dövlət Agentliyinə 250 min borcu yarandı

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi “Meyvəli” kimi tanınan məşhur bazarı məhkəməyə verib.”Kriminalqafqaz”ın əldə etdiyi məlumata görə, Agentlik Bakı Kommersiya Məhkəməsinə müraciət edərək “Meyvəli”nin quruma 250 min manat borcu olduğunu bildirib.
“Qafqazinfo” xəbər verir ki, iddia onunla əsaslandırılıb ki, 2015-ci ildə bağlanmış müqaviləyə əsasən, “Meyvəli” rəhbərliyi AKİA-dan mobil tipli kəsimxana avadanlıqlarını lizinqə götürüb. Lakin müqavilə üzrə öhdəlikləri yerinə yetirməyib. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, “Meyvəli” rəhbərliyi agentliyə olan borcunu ödəməyib.

Məhkəmə iddianı qismən təmin edib. Məbləğin cərimələr hissəsi silinməklə Agentliyə 151 min manat ödənilməsi ilə bağlı qərar çıxarılıb.
Qeyd edək ki, məhkəmənin qərarı ötən ilin oktyabrında çıxıb. “Meyvəli” şirkəti apellyasiya şikayəti müddətini ötürdüyü üçün yenidən Bakı Kommersiya Məhkəməsinə müraciət edərək müddətin bərpa olunmasını xahiş edib.
Xatırladaq ki, ümumi ərazisi 35 hektar olan “Meyvəli” bazarı kənd təsərrüfatı məhsullarının topdan satışı və tranziti üçün nəzərdə tutulub. 

Həmçinin oxuyun

4 ildən sonra Azərbaycanda Rusiya rublunun məzənnəsi 3 qəpiyi keçib

Azərbaycan Mərkəzi Bankı 4 illik fasilədən sonra Rusiya rublunun məzənəsini 0,03 manatdan yüksək müəyyən edib. …