Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / Merkel Qətərlə bağlı çağırış etdi

Merkel Qətərlə bağlı çağırış etdi

Almaniya kansleri Angela Merkel Qətərlə bağlı vəziyyətə həll yolu tapmaq üçün Körfəz ölkələrini birlikdə işləməyə çağırıb.

Azərtac RİA Novosti agentliyinə istinadla bildirir ki, Mexikoda Meksika Prezidenti Enrike Penya Nyeto ilə görüşdən sonra kansler Angela Merkel deyib: “Biz Qətərlə bağlı vəziyyətə görə narahatıq və Körfəz ölkələrini həll yolu tapmaq üçün birlikdə işləməyə dəvət edirik”.

Kansler, həmçinin vurğulayıb ki, regionun bütün dövlətləri, o cümlədən Qətərin özü, İran və Türkiyə prosesə qoşulmayanadək bu məsələnin həlli mümkün olmayacaq.

Həmçinin oxuyun

Azərbaycanda daha bir bank bağlanır – RƏSMİ

“Naxçıvan Bank” ASC bu ilin ilk rübündə 12 milyon manata yaxın kiçilib. Bankın aktivləri 1 …

Bir cavab yazın