Bazar , Sentyabr 20 2020
Ana səhifə / İqtisadiyyat / “Mercedes”lərin satışı qadağan olunur

“Mercedes”lərin satışı qadağan olunur

Almaniyanın ən böyük avtomobil istehsalçısı olan “Mercedes-Benz” şirkətinin ölkədəki fəaliyyəti təhlükə altındadır.

Cümə axşamı Münhen məhkəməsi Yaponiyanın “Sharp” şirkətinin “Daimler AG” konserninə qarşı qaldırdığı iddia ilə bağlı qərar verib. Qərara əsasən, avtomobil istehsalçısı müvafiq lisenziyası olmadan “Sharp”ın texnologiyalarından istifadə edə bilməyəcək və bu səbəbdən istehsal olunan avtomobillər də satıla bilməyəcək.

Qeyd edək ki, “Daimler AG”nin bu qərarlarla bağlı hələ də apellyasiya məhkəməsinə müraciət etmək imkanı var. “Daimler AG” konserni minik, keçid qabiliyyəti yüksək olan minik və yük-sərnişin, həmçinin avtobuslar da daxil olmaqla kommersiya avtomobillərinin aparıcı qlobal istehsalçılarından biridir.APA

Həmçinin oxuyun

Nazirlər Kabinetinin qalmaqallı qərarı QÜVVƏYƏ MİNİR

Bu gündən Nazirlər Kabinetinin “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların …