Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İqtisadiyyat / “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin keçirdiyi şübhəli tender etiraz doğurdu

“Meliorasiya və Su Təsərrüfatı” ASC-nin keçirdiyi şübhəli tender etiraz doğurdu

Prezident İlham Əliyev Rafiq Cəlilovu Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı və Rəşad Tağıyevi Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edərkən hər bir rayonun inkişafı ilə bağlı lazımi addımlar atılacağını deyib.

“Əsas infrastruktur layihələrinin başa çatması o demək deyil ki, biz bu maliyyə və maddi dəstəyi kəsəcəyik. Yox, verəcəyik, ancaq məqsədyönlü şəkildə, ancaq bütün qaydaları nəzərə almaq şərti ilə verəcəyik. Bir də ki, həbs edilmiş icra başçıları, – təkcə Cəlilabad, Şəmkir rayonlarından söhbət getmir, – digər rayonlarda da tender prosedurlarını kobudcasına pozurdular. Yəni, dövlət xətti ilə aparılan layihələrin, dövlət alışlarının icrası ilə əlaqədar tenderlərdə adətən bir neçə icra başçısına, ya da ki, onun müavininə yaxın olan şirkətlər qalib gəlirdilər. Nə üçün? Çünki burada da rüşvətxorluq və mənimsəmə halları kütləvi xarakter alırdı və bu da dövlət büdcəsinə böyük ziyandır”, – dövlət başçısı bildirib.

Prezident İlham Əliyev icra başçılarına xəbərdarlıq etdi – Rubin.az

Prezident bu xəbərdarlığı etdikdən sonra “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Tikilməkdə olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyətinin elan etdiyi tenderdən narazı olan sahibkar redaksiyamıza müraciət edib. Tenderin keçirilməsində çox ciddi qanunsuzluqlara yol verilməsi iddiası var.

ASC-nin keçirdiyi və etiraz doğuran tender ötən ayın 12-də mətbuatda elan verilməklə təşkil olunub. Həmin elanın mətni belədir: “Sorğu Şəmkir Maşın Kanalının II növbəsinin zonasında təsərrüfatlararası paylayıcı kanalların tikintisi obyektinin I və II mərhələləri (P1, P2, P3, P4, P5, P6, P7 və P8) üzrə tikinti altına düşən 937 mülkiyyətçiyə məxsus daşınmaz əmlakların qiymətləndirilməsinin satın alınması məqsədilə keçirilir. İddiaçılar öz təkliflərini möhürlənib imzalanmış şəkildə, ikiqat bağlı zərfdə (əsli və surəti olmaqla) təqdim etməlidirlər. Təklif zərfləri 27 avqust 2021-ci il saat 11.00-da açılacaqdır”.

Bu tenderin nəticəsinə Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) etirazını bildirir. AQC-dən “Yeni Müsavat”a bildiriblər ki, sorğuda kimsənin tanımadığı, sorğu elan ediləndən 1 ay əvvəl yaranmış “Merion S Emlak” şirkəti qalib elan edilib: “Ümumiyyətlə, sorğuda iştirak etmək üçün şərtlər var. Həmin şərtlərə görə tenderə qatılan şirkətin azı 5 il təcrübəsi olmalıdır. Müvafiq işləri görmək biliyi, bacarığı olan 10 işçısi olmalıdır. Tenderlərdə iştirak göstəriciləri haqda müfəssəl məlumat olmalıdır. ”Merion S Emlak” şirkətinin belə bir keçmişi, göstəriciləri yoxdur, ola da bilməz, çünki 1 ay əvvəl yaranıb. Bundan başqa, şirkət heç Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin üzvü deyil.

Yazırlar ki, guya tenderdə ən aşağı qiyməti məhz bu şirkət təklif edib. 2800 manata 937 obyektin qiymətləndirilməsinin aparılacağını qeyd ediblər. Faktiki olaraq bu vəsaitlə o həcmdə işi görmək sadəcə real deyil. 15 günə bu həcmdə işi 2800 manatla görmək mümkün deyil. Belə çıxır ki, kotirovka sorğusunun qalibi olan “Merion S Emlak” 1 obyektin qiymətləndirməsini 2 manat 90 qəpiyə gerçək edəcək? Əlbəttə ki, bu mümkün deyil”. 

Meliorasiya və Su Təsərrüfatı ASC-yə 790 min manat ayırıldı - SƏRƏNCAM

AQC-dən bildiriblər ki, belə həcmli işlər üçün azı 10 nəfər professional işçi olmalıdır: “Həmin işçilər 15 gün ərzində o işi görmək üçün Şəmkirə ezam edilməlidirlər. Bir işçinin Şəmkirdə qalmaq xərci günlük təxminən 40-45 manatdır. Yəni 937 obyekti 3 günə qiymətləndirmək üçün orada detallı araşdırılma aparılmalı, obyektlərin sənədləri, köhnəlmə və digər məsələlər nəzərə alınmalıdır. AQC olaraq tenderin nəticəsinin əsaslı şübhələr yaratdığını bəyan etdik. ”Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-dən məktub yazdılar ki, sizin Qiymətləndirmə Şurasından arayışınız olmalıdır ki, elan olunan katirovka sorğusunda iştirak edə biləsiniz. Azərbaycanda Qiymətləndirmə Şurası fəaliyyət göstərmir ki, gedib oradan arayış alaq. Yəni olmayan şuradan arayış tələb etməklə AQC-nin haqlı tələblərinə məhəl qoymaq istəmirlər. Buna görə də Baş Prokurorluğa müraciət ünvanlamışıq”.

AQC-dən bildiriblər ki, qurumun 39 üzvü var: “Sorğu elan edilən ilk gündən ”Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Tikilməkdə olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti ilə əlaqə saxlayaraq sorğuda iştirak etmək niyyətimizi açıqladıq və “Şərtlər toplusu”nun təqdim edilməsini istədik. “Şərtlər toplusu”nu verməkdən imtina etdilər. Müdiriyyətdən Rəfael müəllimlə əlaqə saxladıq. “Şərtlər toplusu”nu o, bizə təqdim etməli idi. Biləndə ki, “Şərtlər toplusu”nu istəyirik, dedi ki, sizə sorğu göndərmişik? “Yox” cavabını veririk, deyirik elan verilib, elan əsasında müraciət edirik. Deyir ki, biz hansı şirkətlərə sorğu vermişik, tenderdə o şirkətlər iştirak edə bilər! Yəni ilk gündən özbaşınalıq edirdilər. Rəfael bəy müdiriyyət adından  “Şərtlər toplusu”nu vermək üçün şərt irəli sürdü. Dedi ki, gəlin direktorla görüşün, direktor “hə” desə, sizə “Şərtlər toplusu”nu verim. Gəlməsəniz, toplunu verməyəcəyik. Müvafiq sübutlarımız da var, bu haqda Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin 39 üzvü adından şikayət yazdıq ki, cinayət işi başlanılsın. Bu tenderin nəticələri ləğv edilsin. Çünki qanunsuz təşkil edilib və qanunsuz olaraq da istədikləri şirkəti qalib elan ediblər”.

İddialarla bağlı “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Tikilməkdə olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyətinin mövqeyini dər etməyə hazırıq.

Həmçinin oxuyun

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ?

Göz qamaşdırıcı tenderləri ilə diqqət çəkən qurumlardan biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq …