Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / İqtisadiyyat / Medvedev yenə məzələnib: “Bilirəm ki, həyat çətin şeydir və pul yoxdur”

Medvedev yenə məzələnib: “Bilirəm ki, həyat çətin şeydir və pul yoxdur”

Dmitry Medvedev bildirb ki, hökumət jurnalistlərin “hökumətdən təkcə “klik”lər yox, həm də “layk”lar almasına” çalışacaq

“Pul yoxdur”

Buna cavab olaraq, Rusiyanın hökumət başçısı Dmitry Medvedev bildirb ki, hökumət jurnalistlərin “hökumətdən təkcə kliklər yox, həm də “layk”lar almasına” çalışacaq:

“Həyat çətin şeydir. Məlum olduğu kimi pul yoxdur. Mən bunu bilirəm”. Hökumət başçısı ən uzun yeni il bayramlarının Rusiyada olduğuna da eyham vuraraq deyib: “Tanrıya şükürlər ki, bu gün (yanvarın 13-də – red.) ölkə və insanların bayramısona çatır”.

Ötən ilin mayında Medvedev Krımda təqaüdçülərlə görüşü zamanı təqaüdlərin indeksasiyası barədə sualı belə cavablamışdı: “Sadəcə, indi pul yoxdur. Pul tapandan sonra indeksasiya edəcəyik. Siz burda dözün! Sizə xoş günlər və yaxşı əhval arzulayıram!”.

Medvedev-in lağ hədəfinə çevrilən daha bir deyimi

Foto: arxiv

Foto: arxiv

 

Avqustda “RBK” xəbər vermişdi ki, Kreml bu ifadənin Medvedev-ə qarşı “sifarişli kampaniya” olduğunu düşünür. Guya bu kampaniyanı “baş nazir kürsüsünə iddiası olanlar, yaxud da “yedinoross”ların (Putin-in hakim “Yedinaya Rossiya” partiyası nəzərdə tutulur) seçkilərdə yenilməsini arzulayanlar” gerçəkləşdirirlər.

Medvedev-in ikinci məşhur memi – internetdə və real həyatda lağ hədəfinə çevrilən deyimi – “rusiano”dur. Ötən il noyabrın ortalarında baş nazir “amerikano” qəhvəsinin adını dəyişdirərək “rusiano” qoymağı təklif etmişdi.

Bundan sonra, “Starbucks” da daxil, bəzi kafelər onun bu təklifinə cavab olaraq qəhvənin adını dəyişib. Üstəlik, üç rus şirkəti “Rusiano” ticarət nişanını qeydiyyatdan keçirmək üçün “Rospatent”ə (Rusiya Patent Xidmətinə) ərizə verib. (azadliq.org)

Həmçinin oxuyun

TAP enerji mənbələrini nəql etməyə hazırdır

Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik boru kəməri (TAP) hidrogen və biometan da …

Bir cavab yazın