Cümə axşamı , İyul 7 2022
Ana səhifə / İqtisadiyyat / “Maxi.az”-ın iqrçiliyi təbliğ edən reklamı…

“Maxi.az”-ın iqrçiliyi təbliğ edən reklamı…

PR mütəxəssisi Vüqar Babanın sözlərinə görə, 25 may bir sıra Afrika ölkələrində Avropa müstəmləkəçiliyindən azad olma günüdür: “Demək olar ki, bu gün Afrika qitəsinin müstəmləkədən azad olduğu gün kimi bayram edilir. Burada ölkə azadlıqlarından, müstəqilliklərdən söhbət gedir. Belə bir günü irqi ayrı-seçkiliyə, dəri rənginə bağlamaq düzgün deyil. Belə əsaslandıra bilərlər ki, biz əksinə qaradərililərə üstünlük vermişik, qara məhsulları seçib endirim tətbiq etmişik. Ümumiyyətlə rəng fərqliliyi, insan bioloji xüsusiyyətlərinin fərqliliyi, irqi xüsusiyyətlərin fərqliliyinin qabardılması irqi ayrı-seçkilikdir, rasizmdir. Heç bir müzakirəsiz yolverilməz haldır. Təəssüflə qarşılayıram bu reklam mətnini. Ümid edirəm ki, qəsdlə, sataşma məqsədilə edilməyib, hansısa bir səhv, kiminsə məlumatsızlığı əsasında baş vermiş haldır və Maxi.az da tezliklə bu barədə açıqlama verərək üzr istəyər”. V.Baba onu da qeyd etdi ki, reklam mətnində məntiqi uyğunsuzluq da var: “Maxi.az-da satılan məhsulların bir çoxu heç şübhəsiz ki, Avropa istehsalı olan məhsullardır. Avropa müstəmləkəsindən azad olmağı bayram edən qitənin Azadlığı Günündə Avropa məhsullarının satışını stimullaşdırmaq özü də təhqir, qərəz kimi başa düşülə bilər. Yəni bu kampaniyanın kökündə hətta bu kimi məna səhvi də var”.

Qeyd edək ki, Maxi.az-dan AFN.az-ın sorğusuna cavab olaraq elə bir reklamın olmadığı bildirilib.

Həmçinin oxuyun

Balçılar istehsal etdiyi məhsulu niyə sata bilmir? – ŞƏRH

Son illərdə Azərbaycanda balçılıq təsərrüfatlarının sayı artıb. Ancaq paralel olaraq onların problemləri də çoxalıb. Əkin …