Çərşənbə axşamı , İyun 22 2021
Ana səhifə / İqtisadiyyat / “Maşın bazarında vəziyyət ürəkaçan deyil” – EKSPERT

“Maşın bazarında vəziyyət ürəkaçan deyil” – EKSPERT

“Hazırda Azərbaycanın avtomobil bazarında vəziyyət ürəkaçan deyil. Tələb olduqca aşağıdır”

Bunu AzVision.az-a açıqlamasında Əmlak Ekspert Mərkəzinin rəhbəri Ramil Osmanlı deyib. Onun sözlərinə görə, bazardakı durğunluğun əsas səbəblərindən biri mövcud iqtisadi vəziyyət və son illər kreditlərin ayrılmamasıdır.

“2018-ci ilin əvvəlinə qədər köhnə avtonəqliyyat vasitələrinin qiymətlərində artım var idi, amma son bir neçə ayda stabilləşmə müşahidə edilir. Avtomobil bazarında təqribən 100-ə yaxın avtomarka var ki, onların da 300-dən yuxarısının müxtəlif modelləri mövcuddur. Bu gün əhalini tələbatı dəyəri 20 mindən aşağı avtonəqliyyat vasitələrinədir. Bunlar arasında “Mercedes Benz” daha üstünlük təşkil edir”.

Həmçinin oxuyun

İran səfiri: “Azərbaycanın ölkəmizə verdiyi kreditə dair müzakirələr gedir”

“Hazırda İranın Rəşt şəhərindən Astara şəhərinə dəmir yolu xətti çəkilir. Burada isə Azərbaycan və İranın …