Bazar ertəsi , İyul 26 2021
Ana səhifə / İqtisadiyyat / Maşın bazarında qiymətlər “əl yandırır” – VİDEO

Maşın bazarında qiymətlər “əl yandırır” – VİDEO

Yay mövsümü avtomobil bazarı üçün adətən canlanma ilə xarakterizə olunur. Bu il isə mənzərə tam fərqlidir. Bazarda alıcılıq olduqca aşağıdır. Sedanlarla yanaşı SUV-ların da alıcısı yoxdur. Avtomobil axtaranlar isə qiymətlərin yüksək olduğunu deyir.

Satan çox, alan isə demək olar ki, yoxdur. Paytaxtın maşın bazarında bu gün də satışa xeyli avtomobil çıxarılsa da alıcılıq olduqca aşağı olub.

Havanın isti olması ilə avtomobilini sata bilməyənlər bazarı daha da tez tərk etdilər. Satıcılar alıcılığın aşağı olduğunu deyirlər.

Ai 95 markalı benzinin qiymətinin qalxması isə bu benzinlə işləyən avtomobillərin qiymətinə təsir etməyib. Belə avtomobilləri satanlar deyir ki, bu maşınlara tələbat da, qiymət də əvvəlki kimidir.

Xüsusilə yay aylarında daha çox tələbin artdığı suv tipli avtomobillərə də alıcı tapılmır. Avtomobil sahibləri deyir ki, bir neçə həftədir ki, maşınlarını sata bilmirlər.

Alıcılar isə bəzi marka avtomobillərin qiymətinin hədsiz şişirildiyini və buna görə də baha olduğunu deyirlər. Lakin xarici ölkələrdən gətirilən yeni modellərin sayının artması ilə bu tip maşınların qiyməti demək olar ki, əvvəlki qaydada qalıb.

Alıcılığın payız mövsümünə dogru normallaşacağı gözlənilir.

Həmçinin oxuyun

TAP rəsmisi: “Qaz bazarının iştirakçiları üzərinə uzunmüddətli öhdəliklər götürmək istəmir”

Azərbaycanda hasil edilən təbii qazın Avropaya nəqli üçün nəzərdə tutulan Trans-Adriatik Qaz Boru Kəməri (TAP) …