Çərşənbə , İyun 26 2019
Ana səhifə / İqtisadiyyat / Marşal Yazov xəstəxanaya düşdü

Marşal Yazov xəstəxanaya düşdü

SSRİ-nin sonuncu müdafiə naziri, marşal Dmitri Yazov P.Mandrıla adına Moskva mərkəzi hərbi kliniki hospitalının reanimasiya şöbəsinə yerləşdirilib.

APA-nın verdiyi xəbərə görə, 92-yaşlı Yazov beyin qan dövranın kəskin pozuntusu diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Məlumata görə, Yazova intensiv tibbi yardım göstərilib, yaxın zamanlarda onun reanimasiyadan palataya köçürüləcəyi gözlənilir.

Dmitri Yazov 1924-cü ilin noyabrın 8-də anadan olub. Sovet İttifaqının marşalı hərbi rütbəsi verilmiş (1990-cı il) sonuncu komandandır. Yazov 1987-91-ci illərdə SSRİ-nin müdafiə naziri olub.

Həmçinin oxuyun

“Ata Holding” zərərlə işləməyə başlayıb

“Ata Holding” MMC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 96,727 milyon manat təşkil edib. “Report” …

Bir cavab yazın