Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / “Mançester Siti” möcüzəsinin sirri məlum oldu

“Mançester Siti” möcüzəsinin sirri məlum oldu

QNET “Mançester Siti” Futbol Klubu ilə tərəfdaşlığını genişləndirir.

Asiyanın məşhur birbaşa və elektron satış üzrə nəhəng şirkəti olan QNET İngiltərə Premyer Liqasında mübarizə aparan “Mançester Siti” Futbol Klubu ilə 3 il tərəfdaşlığını uzadıb. Bununla da, QNET 2020-ci ilə qədər klubun rəsmi satış tərəfdaşı olaraq qalacaq.

Qİ şirkətlərinin beynəlxalq satış törəməsi olan QNET bildirir ki, bu tərəfdaşlıq ona gələcəkdə qlobal brend kimi mövcud olmağa və müxtəlif bazar platformaları yaratmağa imkan verəcək.

“Biz həqiqətən də “Mançester Siti” ilə davam edən əməkdaşlıqdan məmnunuq. Bu uğur üçün bütün növ çətinliklərin öhdəsindən gəlməkdə maraqlı olan iki brend arasında əhəmiyyətli əlaqədir. Əlaqələrimiz yenilənəndən sonra biz müxtəlif qlobal cəmiyyətlərlə əlaqə yaradırıq, ünsiyyət qururuq və həmçinin Asiya, Afrika, Orta Şərq və Avropadakı əsas bazarlarla əhəmiyyətli əlaqələrimizi qoruyub saxlamağa calışırıq”, – bu sözləri QNET-in rəhbəri Trevor Kuna qeyd edib.

“Mançester Siti” klubunun vitse-prezidenti Damian Villavli də öz növbəsində qeyd edib ki, QNET-lə əməkdaşlığı genişləndirməkdən məmnundur və bu onların biznes üstünlüklərinin davamlı olaraq inkişafı və irəlidə 3 il uğur əldə edəcəkləri anlamına gəlir.

İngiltərə Premyer Liqasında yeni mövsümə başlamaqla bizim həm yerli, həm də xaricdəki azarkeşlərimizlə əlaqə yaratmağa və unudulmaz anlar yaşamağa böyük bir imkanımız olacaq.

“Mançester Siti” ötən mövsüm liqada 3-cü yer tutmaqla, növbəti dəfə UEFA Çempionlar Liqasında iştirak hüququ əldə edib. Bu ay Pep Qvardiolanın komandası ABŞ-a 2017-ci il Beynəlxalq Çempionlar Kubokunun iştirakçısı kimi səfər edəcək.

Premyer Liqanın 2016-2017- ci il mövsümünün yekun cədvəli (Top 6)

QNET haqqında

Asiyanın birbaşa və elektron satış üzrə nəhəng şirkəti olan QNET 100-dən çox ölkədə fəaliyyət göstərən müstəqil nümayəndələr adlandırdığı distributorlarını onlayn satış platforması vasitəsilə müxtəlif növ məhsullarla təmin edir. 25 ölkədə şirkətin ofis və agentliyi var.

QNET Malayziya, Sinqapur, Filippin və İndoneziyanın Birbaşa Satış Assosiasiyasının üzvüdür. Bundan əlavə, o, həmçinin Honkonq Sağlam Qida Assosiasiyanın və Sinqapurun Ləvazimatlar Sənayesi Assosiasiya kimi müəssisələr arasında özünə məxsus yer tutur.

QNET bütün dünyada idman sahəsində sponsurluğu ilə fəaldır. Bu idman növlərinə daxildir: Formula 1, badminton və s. QNET deyir ki, adrenalin, sürət və komanda işi onun fəalliyətini əks etdirir. Daha çox informasiya üçün QNET-in veb-saytına müraciət edə bilərsiniz www.qnet.net.

Həmçinin oxuyun

Azərbaycanda bu məhsullar ucuzlaşdı – RƏSMİ

Azərbaycanda ərzaq qiymətləri ucuzlaşıb. Dövlət Statistika Komitəsinin hesabatında bildirilib ki, bu ilin yanvar-mart aylarında ölkədə …