Cümə axşamı , İyun 20 2019
Ana səhifə / İqtisadiyyat / “Mançester-Arena”da iki partlayış – 19 ölü, 50 yaralı + Yenilənib

“Mançester-Arena”da iki partlayış – 19 ölü, 50 yaralı + Yenilənib

Britaniya mətbuatı “Mançester-Arena” stadionunda iki partlayışın baş verdiyini yazıb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Sky News” telekanalı məlumat yayıb.

Mançester şəhər polisinin məlumatına əsasən insident nəticəsində ölən və yaralananlar var.

Hadisənin stadionda məşhur amerikalı müğənni Ariana Qrandenin çıxışı zamanı baş verdiyi bildirilib.

Hazırda hadisə yerində 10 polis və 5 təcili yardım maşını var. Polis insidentin detallarını araşdırır.

Qeyd edək ki, 21 min nəfərlik tamaşaçı tutumuna malik “Mançester Arena” stadionu 1995-ci ildə istifadəyə verilib.

***

Böyük Britaniyada “Mançester Arena” stadionundakı faciə nəticəsində ən azı 20 nəfər ölüb, yüzlərlə yaralı var.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ-ın NBC telekanalı hüquq-mühafizə orqanları əməkdaşlarına istinadən məlumat yayıb.

Daha əvvəl polis partlayışlar nəticəsində ölən və yaralananların olduğunu bildirib. Ancaq dəqiq rəqəm açıqlanmayıb.

“Associated Press” isə stadionda konsert verən müğənni Ariana Qrandenin xəsarət almadığını bildirib.

***
Mançester şəhər polisinin tvitter hesabında yaydığı məlumata görə, partlayış nəticəsində 19 nəfər həlak olub, 50 nəfər isə xəsarət alıb.

Polis hadisəni teror aktı kimi qiymətləndirib.




Həmçinin oxuyun

İkirəqəmli inflyasiyaya qayıdış qaçılmazdır – EKSPERT

Ərzaq qiymətlərinin artımı, ikirəqəmli inflyasiyaya qayıdış qaçılmazdır. Manatın devalvasiyası risklərin necə idarəolunmasından asılı olacaq. Bu …

Bir cavab yazın