Cümə , Fevral 3 2023
Ana səhifə / İqtisadiyyat / Manatın möhkəmlənməsi yaxşıdır, yoxsa pis?

Manatın möhkəmlənməsi yaxşıdır, yoxsa pis?

Mərkəzi Bankın ən son statistikasına görə, 2022-ci ilin arxada qalan dövrü ərzində Azərbaycan manatının qeyri-neft çəkili nominal effektiv məzənnəsi 13,6 faiz, real effektiv məzənnəsi 6,5 faiz bahalanıb.

İqtisadçı-ekspert Rövşən Ağayevin fikrincə, bu, idxaldan yüksək asılılığı olan ölkə üçün idxal inflyasiyasının təzyiqini xəfiflədən, amma qeyri-neft ixracını çeşidləndirmək istəyən ölkə üçün beynəlxalq bazarlarda rəqabət qabiliyyətinə neqativ təsir göstərən amildir: “Manatın qeyri-neft çəkili effektiv məzənnəsinin formalaşmasında həlledici rolu ölkənin qeyri-neft xarici ticarətinin təxminən 70 faizini formalaşdıran 7 əsas valyuta oynayıb: lirə, rubl, lari, təngə, avro, yuan və isveçrə frankı. Azərbaycan manatı onlardan 5-nə münasibətdə nominal olaraq bahalanıb, 2-nə münasibətdə ucuzlaşıb.

Ucuzlaşma gürcü larisinə (14,4 faiz) və rus rubluna (22 faiz) münasibətdə olub. Digər valyutalara nəzərən bahalanma belə olub: türk lirəsi – 31,6 faiz, qazax təngəsi – 8 faiz, avroya – 8,3 faiz, İsveçrə frankı- 3 faiz, Çin yuanı 11 faiz”.

Real effektiv məzənnə indeksinə təsir göstərən 2-ci mühüm amil olan inflyasiyaya gəldikdə, ekspert bildirir ki, 11 ayın yekunlarına görə 7 ölkədən yalnız 2-də illik inflyasiya Azərbaycandan (bizdə 13,8 faiz) yüksək olub: Qazaxıstanda 20 faiz, Türkiyədə 84 faiz: “Digər ölkələrdə belə olub: Çin 2,5 faiz, Gürcüstan 10,5 faiz, avro məkanı 10,7 faiz, Rusiya 11 faiz, İsveçrə 11,5 faiz.

Azərbaycanla xarici ticarətdə ən yüksək paya malik 2 ölkədən biri kimi Türkiyədə inflyasinın həddən artıq yüksək səviyyəsi manatın real effektiv bahalanma səviyyəsinə nisbətən azaldıcı təsir göstərib”.

Həmçinin oxuyun

Soğan müvəqqəti olaraq gömrük rüsumundan azad edildi

Baş (adi) soğan və şalot soğanı (yaşıl soğan, habelə örtülü şəraitdə yetişdirilən və (və ya) …