Çərşənbə , Aprel 24 2024
Ana səhifə / İqtisadiyyat / Manat üçün risk dövrü: Ucuzlaşma olacaqmı? – ŞƏRH

Manat üçün risk dövrü: Ucuzlaşma olacaqmı? – ŞƏRH

Ekspertlər manatın idarə edilməsi məsələsində çox da ümidli deyillər.

Cari ilin son aylarında dünya bazarında neft kəskin ucuzlaşsa da, artım bu sürətin əksi qədər ləng gedir. Mütəxəssislər hesab edir ki, neftin 1 barelinin 50 dollardan aşağı düşməsi təhlükəli həddir və bu, Azərbaycan üçün ciddi siqnaldır. Təbii ki, milli valyutanın ucuzlaşması neftin qiyməti kəskin düşdükdən sonra baş verməyəcək. Neftin qiyməti 30-40 dollar arasında dəyişsə belə, Mərkəzi Bank bir müddət gözləmə mövqeyi tutacaq. Əgər neftin qiyməti uzun müddət 50 dollardan az, xüsusən 40 dollar və ondan az olarsa, o zaman Azərbaycan manatının sabitliyi üçün ciddi problemlər yaranacaq. Hazırda ABŞ neftin qiymətinin aşağı olmasında maraqlıdır.
Bu isə neftin qiymətinin yüksək olacağı ehtimalını azaldır. Hələlik də trend aşağıya doğrudur. Ekspertlər neftin bir barelinin 50 dollarda sabitləşib-sabitləşməyəcəyi barədə proqnoz verməkdə çətinlik çəkirlər.

Azərbaycanda milli valyutanın məzənnəsi 9 aydan çoxdur ki, sabitdir. Manatın cüzi ucuzlaşması ölkədə psixoloji gərginlik yaradar, iqtisadi sabitliyə mənfi təsir edə bilər. Əgər Azərbaycan nefti uzun müddət ucuz satılarsa, ölkənin tədiyyə balansında mənfi saldo yaranar və bu halda devalvasiya qaçılmaz olar. Qeyd edək ki, bir müddət öncə Maliyyə naziri Samir Şərifov çıxışında bildirmişdi ki, Azərbaycana milli valyuta məzənnəsinin həddən artıq möhkəmlənməsi lazım deyil. Nazirin fikrincə, çox güclü manat Azərbaycan istehsalçılarının ixrac potensialına mənfi təsir edir: “Onların məhsulları ixrac üçün daha az rəqabətə davamlı olur. Digər tərəfdən, yerli istehsalçılar daxili bazarda da rəqabətdə uduzmağa başlayırlar, çünki idxal olunan mallar daha da ucuzlaşır”.

Məlumat üçün qeyd edək ki, 2018-ci ildə ABŞ Mərkəzi Bankı (FED) faiz dərəcələrini 4 dəfə artırıb. FED ən son dekabrın 20-də faiz dərəcələrini 25 bənd artıraraq 2.00 faiz – 2.25 faiz aralığından 2.25 faiz- 2.50 faiz aralığına qaldırıb. FED-in 2019-cu ildə 2 dəfə faiz artımına gedəcəyi deyilir.

Ekspertlər bildirirlər ki, ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FED) faiz dərəcəsini artırması ticarət müharibələrinin ən böyük xarici riskləri kimi qiymətləndirilə bilər.
Sadalanan faktorlar devalvasiya mövzusunu yenidən gündəmə gətirib. Maraqlıdır, manatın devalvasiya təhlükəsi gözlənilirmi?

 

İqtisadçı-ekspert Rəşad Həsənov “Cümhuriyət” qəzetinə bildirib ki, Azərbaycanın iqtisadi kontekstindən baxaq 2018-ci ilin ikinci yarısı qlobal iqtisadi mühit kifayət qədər dəyişkən olub:“Proses hazırda da davam edir. Məsələyə neftin qiyməti kontekstindən baxsaq, noyabrın əvvəlindən başlayaraq neftin qiymətinin kəskin şəkildə ucuzlaşması ciddi risklər formalaşdırdı. Çox qısa müddətə neft öz dəyərinin təxminən 38 faizini itirdi. Yəni, dünya bazarlarında 86 dollardan tədarük edilən neft 53 dollara qədər ucuzlaşdı.

Bu, təbii ki, Azərbaycan üçün ciddi siqnallar formalaşdırır. Hesab edirəm ki, 2019-cu ilin dövlət büdcəsi layihəsində neftin 1 barelinin qiymətinin 59 dollardan götürülməsi müəyyən qədər risk faktoru formalaşdırır. Bu, region ölkələrinə, xüsusilə də Azərbaycanın ətraf ticarət tərəfdaşı olan Rusiya üçün ciddi riskdir. Artıq son vaxtlar rus rublu yenidən dəyərsizləşməyə başlayıb. Neftin qiymətinin istiqamətindən asılı olaraq ucuzlaşma prosesi davam edərsə, növbəti ildə daha da sürətlənə bilər ki, bu da Azərbaycan üçün ciddi təzyiqlər yaradır. Analoji proses İranda da davam edə bilər. Qiymətlərin ucuzlaşması İran valyutasının dəyərsizləşməsi prosesini daha da kəskinləşdirə bilər. Onsuz da İran valyutası çox sərt şəkildə öz dəyərini itirib. Neftin qiymətinin ucuzlaşması, İranda, Rusiyada, eləcə də Azərbaycanın milli valyutalarının dəyərsizləşməsi, eyni zamanda dövlət büdcəsində neftin 1 barelinin 59 dollardan götürülməsi yaxın gələcək üçün riskləri daha da artırır”.

Ekspertin sözlərinə görə, yaxın aylarda Azərbaycan manatının müəyyən qədər dəyərsizləşməsi müşahidə oluna bilər: “Dəyərsizləşmə proses iki formada həyata keçirilə bilər. Ola bilər ki, əvvəlki dövrlərdə olduğu kimi sərt qərar qəbul edilsin və yaxud da mərhələli şəkildə məzənnə siyasətinin yumşaldılması ilə manatın dəyərsizləşdirilməsi prosesi aparılsın. Düşünmürəm ki, mövcud faktorlar qısamüddətli dövrdə dəyişməzsə, o zaman bu prosesin qarşısını almaq mümkün olsun”.

Həmçinin oxuyun

“Tenderlərə nəzarət edən qurumun qanunundan xəbəri yoxdur” – Ekspert

Dövlət satınalmalarına nəzarət edən qurum – İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət …