Bazar , Noyabr 28 2021
Ana səhifə / İqtisadiyyat / Manat türk lirəsinin yolunu gedəcək?

Manat türk lirəsinin yolunu gedəcək?

“Türkiyədə lirənin dəyərdən düşməsi, inflyasiya prosesləri həm qlobal iqtisadiyyatla, həm də Türkiyənin iqtisadi idarəçiliyi ilə bağlıdır. Qlobal miqyaslı inflyasiyadan bütün dünya ölkələri təsirlənir. Azərbaycan da bu proseslə üzləşir. Ciddi şəkildə həm ərzaq, həm də qeyri ərzaq məhsullarının bahalaşması gedir”.

Bunu Yenisabah.az-a açıqlamasında iqtisadçı Xalid Kərimli bildirib.

O, Türkiyədə baş verən proseslərin Azərbaycana köç etməsi təxminin səhv olduğunu deyib:

“Azərbaycanda fərqli vəziyyət yaranıb. Əsas ixrac resursu olan neft və qazın qiyməti son 7 ilin ən yüksək səviyyəsindədir. Buna görə də, manatın dəyərdən düşmə riski hələ gözlənilmir. Türkiyədən fərqli olaraq, Azərbaycanda üzən məzənnə rejimi yoxdur.

Bu baxımdan hazırkı dönəmdə Türkiyədə baş verən proseslərin Azərbaycanda da davam edəcəyini gözləməyə dəyməz. Bildiyimiz kimi, hökümət növbəti ildə manatın kursunu stabil saxlamağı planlaşdırır”.

Həmçinin oxuyun

İran Xəzər dənizindəki yataqları niyə istifadə etmir? – TƏHLİL

Bu yaxınlarda Azərbaycanın Baş nazirinin müavini, Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələr …