Şənbə , Yanvar 22 2022
Ana səhifə / İqtisadiyyat / Manat sürətlə dəyər itirir – EKSPERT

Manat sürətlə dəyər itirir – EKSPERT

Azərbaycanda dolların, xarici valyutaların kurslarının yerli manata nisbətdə real dəyərinin qiymətləndirilməməsindən kiçik və orta sahibkarlar zaman-zaman əziyyət çəkirlər. Bir neçə gündür ki, bunun daha ağır fəsadlarını görməyə başlamışıq. Azərbaycan manatının dəyər itirməsi ölkə ərazisində qiymətlərin ciddi şəkildə bahalaşmasına gətirib çıxarır və bu bahalaşma tendensiyası davam edəcək”.

Bu fikirləri iqtisadçı ekspert Razi Abasbəyli Bizimyol.info-ya açıqlaması zamanı səsləndirib. Onun sözlərinə görə, manatın bazarda real dəyərinin ifadə olunmaması, bunun inzibati yollarla saxlanılması nəticə etibarı ilə ölkədə vətəndaşların əziyyət çəkməsinə gətirib çıxarır.

“Yəni, bu gün manatın real alıcılıq qabiliyyəti dollara nisbətdə 2 manatın üzərindədirsə, niyə biz bunu 1.70 azn civarında inzibati və süni yollarla qoruyub saxlamağa çalışırıq? Söbhət üzən məzənnə, azad bazar münasibətlərindən, rəqabət qabiliyyətinin yüksəldilməsindən gedirsə, o zaman manat real dəyərini qazanmalıdır. Burada manatın dəyər itirməsi nəticədə əmək haqlarının, sosial ödəmələrin də yüksəlməsinə səbəb olmalıdır.

Azərbaycan hökuməti çevik hər hansı bir siyasət, maliyyə alətlərindən istifadə etmədən, daha asan və rahat yolla süni qiymət siyasəti həyata keçirir. Bunun nəticəsi olaraq, sahbkarlar və vətəndaşlar əziyyət çəkir. Çox sadə bir misal qeyd edim. Ərzaq məhsullarının qiymətində son 6 ay ərzində 25-30 faziz, hətta bəzi məhsullarda 40 faiz-ə qədər bahalaşma var. Bu bahalaşmanın fonunda Azərbaycan vətəndaşlarının aldıqları əmək haqları, pensiyalar və digər sosial ödənişlər adekvat deyil. Ona görə adekvat deyil ki, Azərbaycan hökuməti həm minimum əmək haqqını, həm istehlak səbətinin dəyərini bir sıra dünya ölkələri, xüsusilə də MDB məkanındakı dövlətlərin ödədikləri dollar ekvalenti ilə hesablayır. Məsələn, bu gün Azərbaycanda 300 manat minimum əmək haqqıdırsa, bu, təxnimən 175-180 dollar civarındadır. Yəni, hökumət digər MDB dövlətlərini də misal göstərərək, bəzi hallarda iddia edir ki, bizdə minimum əmək haqqı 200 dollardır. Amma hansı ki, Azərbaycanda dollar 1,70 azn-dir. Əgər dollar Azərbaycanda real dəyərini alarsa, bu gün ölkəmizdəki minimum əmək haqqı 500 manat olmalıdır. Yəni, real dəyəri 2.50 azn olarsa, əlbəttə ki, paralel olaraq da minimum əmək haqları, pensiyalar 300 manatdan 500 manata qaldırılmalı, digər istehlak göstəriciləri üzrə də sosial ödənişlər həyata keçirilməlidir. Bu zaman biz artıq qiymətlərin bahalaşması fonunda həm müəyyən qədər sığortalanmış olarıq, həm də qiymətlərin bahalaşmasından bu qədər əziyyət çəkmərik”,- deyə ekspert bildirib.

Onun sözlərinə görə, dolların bahalaşması o demək deyil ki, dollar bahalaşmalı, amma minimum əmək haqqı, digər ödənişlər yerində qalmalıdır: “Bu həm qeyri-dövlət sektorunda canlanmaya səbəb olacaq, həm qiymətlərin dəyişməsinə, real dəyərin qazanılmsına gətirib çıxaracaq, həm iqtisadiyyatda aktivliyin artmasına səbəb olacaq, həm də hökumət məcbur qalıb, real vətəndaşın istehlak minimumunu ödəməli olacaq. Bu gün Azərbaycan hökuməti vətəndaşa real istehlak minimumu ehtiyacını ödəmir. Bu da ondan irəli gəlir ki, hər şey dünyadakı müqayisələr üzrə dollar ekvalenti göstərilir və dolların indiki səviyyədə saxlanılması həm bir sıra beynəlxalq təşkilatların hesabatları üçün, həm dünyadakı iqtisadi mərkəzlərin əlaqələrdə istidafə olunann psixoloji məqamdır.

Real sektorda Azərbaycan manatı bu gün çox ciddi şəkildə dəyər itirməkdədir. Manat real ekvivalent dəyərini saxlaya bilmir. Süni şəkildə qoruyub saxlamaq isə yalnız hökumətin hesabatlarında, dünya ölkələrinin xırda dövlətləri ilə müqayisələrində avantaj yaradır. Amma əziyyəti vətəndaşımız çəkir.

Bəzən vətəndaşlar qoruxurlar ki, “dollar niyə bu qədər bahalaşmalıdır?” və s. Amma biz hər şeyi kənara qoyaraq, vətəndaşın alıcılıq qabiliyyəti və istehlak imkanlarında görürük ki, son 4-5 ayda insanımız kifayət qədər ciddi əziyyət çəkir. Bu əziyyətin isə səbəbi minimum əməkhaqqı və pensiyaların aşağı olmasıdır. Dollar real bazar dəyərini Azərbaycan manatı ilə müqayisədə alarsa və üzən məzənnə siyasətinə yumşaq, mərhələli şəkildə icra olunarsa, təbii ki, burada idxal və ixrac əməliyyatlarında iştirak edən kiçik sadə vətəndaşımızdan tutmuş iri investorlarımıza qədər hər kəs qazanar. 2015, 2018-ci illərdə yaşadığımız travmaları yaşamamaq üçün indidən mərhələli və yumşaq keçidlərlə manatın real dəyərinə gətirilməsi siyasəti aparılmalıdır”.

Həmçinin oxuyun

Qiymət artımının qarşısını almaq üçün hökumətin əlində xeyli alətlər var – Eksper

“Azərbaycan bazarında qiymət artımları isiqamətində təzyiqləri formalaşdıran kifayət qədər fərqli detonatorlar var. Hansı ki, bunlardan …