Bunu iqtisadçı ekspert Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, bu gün ilk dəfə olaraq manatın avroya nisbətən məzənnəsi 2.11-dək azalıb:

“İndi 1 avro almaq üçün 2 manat 11 qəpik ödəmək lazımdır. Manatın avroya birbaşa deyil, çarpaz məzənnəsi müəyyənləşdirildiyi üçün Avropa valyutasının dollara nisbətən möhkəmlənməsi birbaşa manatın avro qarşısında dəyər itirməsinə gətirib çıxarır. Artıq dünya bazarında 1 avro almaq üçün 1.24 dollar ödəmək lazımdır. Avropazonada iqtisadi göstəricilərin yaxşılaşması, Almaniyada yeni hökumət böhranının səngiməsi və eləcə də dolların son günlər əksər dönərli valyutalara nisbətən dəyər itriməsi avronun güclənməsinə səbəb olub”.