Çərşənbə , Aprel 24 2024
Ana səhifə / İqtisadiyyat / Manat 14 faiz bahalaşıb – EKSPERT

Manat 14 faiz bahalaşıb – EKSPERT

“2020-ci ilin 11 ayının yekunlarına görə, Azərbaycanın qeyri-neft xarici ticarətinin (bütün idxalı+qeyri-neft ixracatı) 54%-i 2 ölkənin payına düşüb. Söhbət Türkiyə və Rusiyadan gedir. Ayrılıqda qeyri-neft ixracımızın 81%-i, idxalımızın 49%-i 2 qonşunun payına düşüb.  Əslində xarici ticarətin bu səviyyədə kəskin coğrafi konsentrasiyası neqativ nəticədir. Amma daha bir neqativ xəbər odur ki, 2020-ci il ərzində hər 2 ölkənin valyutasının manat qarşısında kəskin ucuzlaşması Azərbaycanın neftsiz məhsullarının bu ölkənin bazarlarında rəqabət qabiliyyətini də əhəmiyyətli dərəcədə azaldıb.  Apardığımız hesablama göstərir ki, ötən il ərzində manatın real məzənnəsi Türkiyə lirəsi qarşısında 7.5%, Rusiya rublu qarşısında 14% bahalanıb”.

Bunu iqtisadçı Rövşən Ağayev deyib.

R.Ağayevin sözlərinə görə, manatın real bahalanması o deməkdir ki, rus və türk istehlkaçıları əvvəlki dövrə aldıqları eyni məhsul səbətini almaq üçün özlərinin milli valyutalarından daha çox xərcləməli olurlar: “Məsələn, türklər 1 əvvəl 100 lirəyə aldığı Azərbaycan məhsuluna 107,5 lirə, ruslar isə 100 rublluq anoloji məhsula 114 rubl xərcləməli olublar. Türkiyədə illik inflyasiya daha yüksək olub – 14.6%. Rusiyada 4.8%, Azərbaycanda 2.8% təşkil edib. Nominal məzənnələrə gəldikdə, il ərzində manat qarşısında lirə 19%-dən bir qədər çox, rubl isə 17%-ə yaxın ucuzlaşıb. Azərbaycanda inflyasiyanın daha aşağı olması hər 2 ticarət partnyorunun nominal məzənnədən əldə etdiyi avantajın bir hissəsini onların əlindən alıb”.

Həmçinin oxuyun

Neftdən büdcəyə daxilolmalar proqnozdan 217 mln. manat çoxdur

Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 4562,6 milyon manat təşkil edib. Azinforum.az bu barədə Maliyyə …