Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / “Manat 10 faiz möhkəmlənib” – Samir Şərifov

“Manat 10 faiz möhkəmlənib” – Samir Şərifov

Maliyyə naziri Samir Şərifov milli valyutanın məzənnəsinin möhkəmlənməsindən danışıb.

“Qafqazinfo” xəbər  verir ki, parlamentdə büdcə zərfinin müzakirəsi zamanı  çıxış edən S. Şərifov qeyd edib ki,  cari ilin əvvəlindən Azərbaycan milli valyutasının məzənnəsi möhkəmlənib. Bu müddətdə manatın ABŞ dollarına münasibətdə məzənnəsində 10 faiz möhkəmlənmə qeydə alınıb.  Həmçinin cari ilin əvvəli ilə müqayisədə iqtisadi geriləminin sürəti azalıb. Valyuta ehtiyatlarından qənaətlə istifadə edilməsi, fiskal tədbirlər hesabına 9 ayda icmal büdcənin kəsiri daralıb, əksinə, 1,2 faiz profisit əldə olunub”.

Həmçinin oxuyun

Dövlət Neft Fondunun aktivləri bir rübdə 2 %-dən çox artıb

Bu ilin aprelin 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivlərinin həcmi 57 milyard 372,8 milyon ABŞ dollar …