Belə ki, 1 manata qədər ucuzlaşma alıcılıq qabiliyyətinə müsbət təsir edib.

Satıcıların sözlərinə görə, ucuzlaşma bir aydan çoxdur ki, başlayıb. Bərdə və ətraf rayonlarda əvvəllər ətin 1 kiloqramı 9 manat 50 qəpik – 10 manata satılırdısa, indi bu qiymət 8 manat 50 qəpik – 9 manat arasında dəyisir.

Satıcılar deyirlər ki, Azərbaycana qonşu ölkələrdən iribuynuzlu heyvan çox gətirildiyindən bazarda bolluq yaranıb. Bu səbəbdən də ətin qiyməti 15 faizə qədər enib.

Ətin qiymətinin düşməsi alıcıların sayını artırıb.

Mal ətində ucuzlaşma olsa da, qoyun ətinin qiyməti dəyişməz qalır. Bazarda quzu əti 12, qoyun əti isə 9 manata təklif olunur.