Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / Maksim Şevçenko: “Tramp Azərbaycanda və Ermənistanda destabilizasiyanı davam etdirəcək”

Maksim Şevçenko: “Tramp Azərbaycanda və Ermənistanda destabilizasiyanı davam etdirəcək”

ABŞ-ın yeni prezidenti Donald Tramp Cənubi Qafqazın destabilizasiyası üzrə ABŞ-ın keçmiş respublikaçı prezidenti Corc Buşun siyasətini davam etdirəcək.

Məşhur rusiyalı politoloq, televiziya aparıcısı və jurnalist Maksim Şevçenko bunu virtualaz.org-un müxbiri Zaur Rəsulzadəyə eksklüziv müsahibəsində deyib.

“ABŞ respublikaçıları milli suverenlik mövqeyində dururlar. Onlar hesab edirlər ki, ABŞ xalqı, Amerika demokratiyası, Amerikanın müstəqillik bəyannaməsi özünəyetərlidir, demək olar ki, dini şeydir. Bu, ABŞ-ı dini-fundamentalist missionerliyi ilə fərqlənən Səudiyyə Ərəbistanına bənzədir. Respublikaçıların siyasəti dünya liderliyinə və klassik “böl və hökmranlıq et” taktikasına əsaslanır”, – deyə politoloq bildirib.

Şevçenko hesab edir ki, ABŞ-ın tarixən yaranmış geosiyasi rəqibləri var – Avropa və Çin. Amma Çin Xalq Respublikası hərbi-siyasi rəqib deyil, sadəcə amerikalıların maraqlarına təhlükədir. Avropa Birliyi isə rəqibdir. Demokratların siyasəti həmişə yeni transatlantik iqtisadi şəbəkə blokunun yaradılması yolu ilə Avropanın tabe edilməsinə yönəldilib. Respublikaçılara bu lazım deyil. Onlar iqtisadi böyüklüyə, ABŞ-ın hökmranlığına, Amerikada yeni sənaye inqilabının təşkilinə “stavka” edirlər. Və burada amerikalılara bazarları və kapitalın tranzitini nəzarət altına almaq çox vacibdir. Bu baxımdan Cənubi Qafqaz ən əhəmiyyətli mənbə və tranzit regionudur, hansından ki, Xəzərin enerji resurslarları Mərkəzi Asiya- Azərbaycan – Gürcüstan – Avropa marşrutu ilə Avropaya daxil olur.

“Trampa Avropa Birliyinin boğazını əldə saxlamaq lazımdır. Bunun üçün ona enerji resurslarlarının tranziti yollarına nəzarət etmək kifayətdir. Amma neft və qaz axınlarına nəzarət etmək üçün, Cənubi Qafqazda və Yaxın Şərqdə qeyri-sabitliyi dəstəkləmək lazımdır”, – politoloq qənaətini bölüşüb.

Şevçenkonun fikrincə, əgər avropalılara enerji resurslarlarına azad giriş imkanı verilsə, onda bu dərhal Avropanın yenidən dünya maliyyə-iqtisadi mərkəzinə çevrilməsinə gətirib çıxaracaq ki, bunu da Vaşinqtonda qətiyyən arzu etmirlər. Ona görə, ABŞ üçün Avropa Birliyinin vaxtaşırı boğmaqla erməni-Azərbaycan münaqişə zonasında qeyri-sabitliyi süni dəstəkləmək lazımdır: “Metodlar sınaqdan çıxarılıb. Məsələn, ABŞ bir tərəfdən Azərbaycan tərəfinə dəstək verdiyinə işarə edir, amma o biri tərəfdən Amerikadakı erməni lobbisini dəstəkləyir, soyqırımı tanıyır və eyni zamanda Azərbaycanın Dağlıq Qarabağı qaytarmaq haqqını təsdiq edə bilir. Belə destabilizasiya siyasəti Gürcüstan üçün də hazırlanıb”.

Virtualaz.org

Həmçinin oxuyun

Turist sayı nəyin hesabına artır?

Rəsmi açıqlama sərhədin COVİD-ə görə, Prezident təhlükəsizlik səbəbindən bağlı qaldığını deyir Bu ilin ilk üç …

Bir cavab yazın