Ana səhifə / İqtisadiyyat / “Made in Turkey” etiketli geyim məhsulları Rusiyaya buraxılmır…

“Made in Turkey” etiketli geyim məhsulları Rusiyaya buraxılmır…

Moderator.az xəbər verir ki, Türkiyənin Suriya sərhədində Rusiyaya aid hərbi təyyarənin vurulmasından sonra iki ölkə arasında yaranan gərginlik, təkcə Türk firmalarına deyil, Rusiyada böyük mağaza zəncirləri olan qlobal markalara da təsirini göstərib. 
Türkiyədəki tikiş fabrikləri Rusiyada şöbələri olan dünyanın aparıcı geyim firmaları üçün böyük miqdarda məhsul istehsal edir. Ancaq Türkiyə və Rusiya arasında yaranan siyasi gərginlikdən sonra bu firmaların“Made in Turkey” məhsulları Rusiya gömrüklərindən buraxılmır. Vəziyyətdən çıxış yolu kimi Zara, Manqo ve H&M-in də daxil olduğu bu firmalar Türkiyədəki istehsalçılarından etiketlərdə “Made in Turkey” yazmamağı tələb edir.
Rusiya “Made in Turkey” etiketli məhsulların ölkəyə girişinə əngəllər yaratdığı üçün Türkiyədə istehsal olunan məhsullar anbarlarda yığılıb qalıb. Bu səbəbdən qlobal geyim markaları Rusiyadan gələn sifarişlərin hamısını başqa ölkələrdə istehsal edəcəyi mesajını verir.
Zara firması Türkiyədəki istehsalçılara İspaniyada emalatxana açmağı ya da son məhsulun hazırlanması üçün Avropadakı emalatxanalarla razılıq əldə etməyi təklif edib. Bu düstur, yarımfabrikat məhsulların Türkiyədə istehsal edilməsini və son məhsulun Avropadakı emalatxanalarda paketlənərək etiketlənməsini nəzərdə tutur. Ancaq bu, Türk firmaları üçün həm işçilərin kütləvi ixtisarı, həm də gəlirin əhəmiyyətli dərəcədə azalması deməkdir.
Bütün sektorlarda Rusiyaya məhsul ixrac edən Türk firmaları hal-hazırda ixracatı üçüncü ölkələr vasitəsilə həyata keçirməyin yollarını axtarır. Üçüncü ölkələr olaraq Azərbaycan, Qazaxıstan, Özbəkistan, Bolqarıstan, Ruminiya, Belarus və Misir nəzərdən keçirilir.

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …

Bir cavab yazın