Cümə axşamı , Yanvar 21 2021
Ana səhifə / İqtisadiyyat / “Made in Azerbaijan”: ixrac missiyası bu dəfə Dubaya gedir

“Made in Azerbaijan”: ixrac missiyası bu dəfə Dubaya gedir

“Made in Azerbaijan” brendinin təşviqi məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən növbəti ixrac missiyası noyabrın 27-də Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərinə göndəriləcək.

Bu barədə virtualaz.org saytına nazirlikdən məlumat veriblər.

Xəbərdə deyilir ki, AZPROMO-nun və Azərbaycan şirkətlərinin nümayəndələrinin daxil olduğu ixrac missiyası səfər zamanı “Carrefour”, “Spinneys” və “Union Co-op” kimi iri marketlər şəbəkələrində olacaq. Səfər çərçivəsində Azərbaycan şirkətlərinin təmsilçiləri AZPROMO və “Dubay Exports”un təşkilatçılığı ilə ərəb şirkətlərinin nümayəndələri ilə ikitərəfli görüşlər keçirəcək, ixracın təşkili məsələlərini müzakirə edəcəklər.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyi tərəfindən Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərinə təşkil olunan ixrac missiyasına müsabiqə əsasında seçilmiş və Azərbaycanda meyvə şirələri, təbii mineral sular, meyvə-tərəvəz məhsulları, ət və ət məhsulları, bal, süd və süd məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən 20 şirkət daxildir.

Həmçinin oxuyun

ƏDV-dən vətəndaşlara qaytarılan ümumi məbləğ AÇIQLANDI

Azərbaycanda ötən il ərzində “ƏDV geri al” layihəsi çərçivəsində vətəndaşlara 33,4 mln. manat vəsait qaytarılıb.Bunu …

Bir cavab yazın