Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / Maaş, pensiya artmamış qiymətlər niyə bahalaşır? –ŞƏRH

Maaş, pensiya artmamış qiymətlər niyə bahalaşır? –ŞƏRH

“İnsanlarda inflyasiya gözləntisi var – maaş, pensiya və təqaüd artımından dolayı dövriyyəyə daxil olacaq izafi pul kütləsinin təsiri kimi”.

Bu barədə iqtisadçı ekspert Rövşən Ağayev bildirib. Ekspert qeyd edib ki, əmtəə bazarlarında sağlam rəqabətin olduğu, mal təklifi kanallarının tam açıq olduğu, monopol təsirlərin olmadığı, gömrükdə qiymətyüksəldici addımların baş vermədiyi şəraitdə pul kütləsinin 3-5%-lik artımı ciddi inflyasiya təzyiqi yaratmamalıdır:
“Amma belə görünür ki, yuxarıda sadaladığım neqativ faktorların hamısı birlikdə, ya da ayrı-ayrılıqda Azərbaycan iqtisadiyyatında mövcuddur. Əks halda monetazisasiyanın son dərəcə aşağı olduğu iqtisadiyatın inflyasiyaya həssaslığı da çox aşağı olardı”.
“Amma indi nə baş verir? Maaş-pensiya artımı nəticəsində pul kütləsinin fiziki artımı hələ baş verməyib, amma sanki küləyi öz işini görür”-de R.Ağayev vurğulayıb.
“Cəmi 1 həftə öncə 16.5 manata olan 5 kq-lıq yuyucu toz artıq vitrinlərdə 18.5 manat, 0.89 manatlıq sabunlar 0.92 manata peyda olub. Diqqətimi çəkənlər bunlar oldu – yəqin başqa artımlar da var…”-ekspert qiyməti artan malları göstərib.
R.Ağayev qeyd edib ki, əgər qiymətlər artacaqsa, hökumət büdcədən maaş-pensiya-təqaüd artımına yönəltidiyi vəsaitləri əhalidən dolayı vergilər formasında geri alacaqsa, əhalinin real gəlirləri və sosial müdafiəsi klassik əməkhaqqı-qiymət spiralının təkərləri altında qalacaq. (Strateq.az)

Həmçinin oxuyun

“Tenderlərə nəzarət edən qurumun qanunundan xəbəri yoxdur” – Ekspert

Dövlət satınalmalarına nəzarət edən qurum – İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət …