Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / “Mərkəzi Bankın yeni sədri təcrübəli mütəxəssisləri çıxarmasa yaxşı olar…” – Vahid Əhmədov

“Mərkəzi Bankın yeni sədri təcrübəli mütəxəssisləri çıxarmasa yaxşı olar…” – Vahid Əhmədov

“Taleh Kazımov sistemin adamıdır. Milli Məclislə, Azərbaycan hökuməti ilə işləyəcək”.

Bu sözləri millət vəkili Vahid Əhmədov Bakupost.az -a açıqlamasında Taleh Kazımovun Mərkəzi Bankın sədri təyin edilməsi ilə bağlı sərəncamı şərh edərkən deyib.
Onun sözlərinə görə, Mərkəzi Bankın sədri əhali ilə işləyən orqanla-Milli Məclislə işini sıx qurmalıdır: “Elmar Rüstəmov kifayət qədər təcrübəli kadr idi. Bank sistemini bilirdi. Azərbaycanda bank sisteminin formalaşmasında rolu olub.

İndi sədr təyin olunan insan da bank işçisi olub. Sonra “PAŞA Bank”da adi vəzifədən Baş direktorluq vəzifəsinə qədər yüksəlib. O da təcrübə yarandıqca püxtələşəcək. Biz müzakirələrdə Mərkəzi Bankla əlaqədar iradlarımızı bildirdik, o da qeyd etdi. Əsas odur ki, Taleh Kazımov sistemin adamıdır, sistemi bilir. Milli Məclislə, Azərbaycan hökuməti ilə işləyəcək. Daha çox Milli Məclislə işləməlidir. Çünki əhali ilə işləyən orqanıq”.

Deputat yeni kadrların təcrübəli işçiləri işdən çıxarmasının səhv addım olduğunu vurğulayıb: “Dövlət başçısı daha çox gənclərin vəzifəyə gətirilməsinə və ölkənin inkişafında iştirak etmələrinə imkan yaradır. Hökumətdə gəncləşmə prosesi gedir. Bu yaxşıdır. Amma əsas məsələ odur ki, təyin olunan gənclər işin öhdəsindən gələ bilsin.

Yeni gələn gənclər təcrübəli şəxslərə dəyməsə, daha yaxşı olar. Onlar yetişirlər, işin içinə daxil olurlar. Dövlətin, xalqın problemlərini bilirlər. Onların təcrübəsindən istifadə edilməlidirlər. Onların həyat təcrübəsi, insanlarla rəftarı kifayət qədər böyük təcrübədir”.

Həmçinin oxuyun

Turist sayı nəyin hesabına artır?

Rəsmi açıqlama sərhədin COVİD-ə görə, Prezident təhlükəsizlik səbəbindən bağlı qaldığını deyir Bu ilin ilk üç …