Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / Mərkəzi Banka yeni səlahiyyət VERİLDİ

Mərkəzi Banka yeni səlahiyyət VERİLDİ

Bank və ya bank olmayan kredit təşkilatı (kredit ittifaqı istisna olmaqla) kredit bürosuna məlumatların müəyyən olunmuş qaydada təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on iki min manatadək məbləğdə cərimə ediləcək.

Bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb

Eyni zamanda kredit ittifaqı tərəfindən mərkəzləşdirilmiş kredit reyestrinə və (və ya) kredit bürosuna məlumatların müəyyən olunmuş qaydada təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə görə vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min iki yüz manatadək məbləğdə cərimə ediləcək.

Fərmana əsasən, bu sahədə səlahiyyət Mərkəzi Banka verilib.

Həmçinin oxuyun

Bankların kredit fırıldağı – Müştərini belə aldadırlar 

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və …