Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / Mərkəzi Bank işçiləri üçün hər ay 500 litr süd alır

Mərkəzi Bank işçiləri üçün hər ay 500 litr süd alır

zərbaycan Mərkəzi Bankı tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Tender müsabiqəsinin qalibi olan “Sobran” MMC (VÖEN – 4003169431) Mərkəzi Banka süd satacaq.
Mərkəzi Bank əməkdaşları üçün alacağı 5 652 litr südə görə “Sobran” MMC-yə 9 min 505 manat 47 qəpik ödəyəcək. Alınacaq südün 5 268 litrinin yağlılıq dərəcəsi 2,4%, 384 litrinin yağlılıq dərəcəsi isə 1,5% olacaq. Rəqəmlərdən də göründyü kimi, Mərkəzi Bank bir litr südə görə 1,68 manat ödəyəcək. Mərkəzi Bank südün alışını 1 il ərzində həyata keçirəcək.  
Məlumat üçün bildirək ki, tenderin qalibi olan “Sobran” MMC 04.12.2020-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 5 manat olan MMC-nin hüquqi ünvanı Bərdə rayonu, Mollalı kəndində yerləşir. MMC-nin qanuni təmsilçisi Qafarlı Xətai Sərvər oğludur.
Qalib şirkətlə bağlı diqqət çəkən məqam odur ki, “Sobran” MMC ötən ilin dekabr ayında 3 müxtəlif dövlət qurumunun keçirdiyi 3 fərqli istiqamətdəki tender müsabiqəsinin qalibi olub.
06.12.2022-ci il tarixli məlumata görə Qazax rayon Mərkəzi Xəstəxanasına 6 991,5 manata geyim və yorğan satacaq.
07.12.2022-ci il tarixli məlumata görə Sahibkarlığın İnkişafı Fonduna 17 233,9 manata jalüz pərdə satacaq.
19.12.2022-ci il tarixli məlumata görə Goranboy rayon Mərkəzi Xəstəxanasına 15 474,52 manata nəqliyyat vasitələrinin cari təmiri xidmətini göstərəcək və sürtkü materialları satacaq.
Qısa müddətdə 4 dövlət qurumunun keçirdiyi 4 fərqli istiqamətdəki tender müsabiqəsinin qalibi olan “Sobran” MMC barəsində açıq internet resurslarda məlumat yoxdur. MMC-nin nə rəsmi saytı, nə də sosial şəbəkə hesabları mövcuddur. Yeniavaz.com 

Həmçinin oxuyun

Bankların kredit fırıldağı – Müştərini belə aldadırlar 

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və …