Çərşənbə , Aprel 24 2024
Ana səhifə / İqtisadiyyat / Mərkəzi Bank: Dövriyyədə 13 milyon ödəniş kartı var

Mərkəzi Bank: Dövriyyədə 13 milyon ödəniş kartı var

Bank sistemi üzrə dövriyyədə olan ödəniş kartlarının sayı noyabr ayının sonunda ötən aya nisbətən 152 min ədəd artaraq 13 milyon 132 min ədəd təşkil edib.

Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 20,9 faiz artıb.

Ödəniş kartlarında artım debet kartları üzrə 20,1 faiz, kredit kartları üzrə 26,6 faiz olub. Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 186 min, kredit kartları 364 min, digər kartlar isə 1,7 milyon ədəd artıb. Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib.

Həmçinin oxuyun

Neftdən büdcəyə daxilolmalar proqnozdan 217 mln. manat çoxdur

Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 4562,6 milyon manat təşkil edib. Azinforum.az bu barədə Maliyyə …