Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / Məmməd Musayev 50 yaşında alim olub…

Məmməd Musayev 50 yaşında alim olub…

Vallahi, adam bir vəzifənin öhdəsindən güc-bəla ilə gəlir. Deyirəm 5-6 vəzifəni daşıyanlar utanıb-qızarmadan özlərini elə reklam edirlər ki…
Adama deyərlər ki, sən  5-6 vəzifəni hansı ağılla, hansı savadla, hansı qabiliyyətlə yerinə yetirirsən..? 
Bunları bir kənara qoyaq ee, fiziki cəhətdən bu mümkün olan  deyil, axı…
Bax, ölkəmizdə 5-6 vəzifə daşıyanlardan biri də xalq arasında “Şapka Mamed”  kimi tanınan Məmməd Musayevdir. 
Məmməd  Musayev “Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının Sədri, Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin üzvü, Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti, “Aqrarkredit” Səhmdar Kredit Təşkilatının İdarə Heyətinin sədri, “Turanbank”ın sahibi  və s. 
İndi özünüz düşünün, bu adam 70-ə yaxın  yaşında  bu qədər vəzifəni necə icra edir..? 
Bəlkə universal alimdir, dahidir nədir bu Məmməd müəllim..? 
Maraq üçün onun tərcümeyi-halına nəzər saldıq. 
Uzun –uzadı  oxumağa həvəsimiz olmadı, amma bir məqam  diqqətimizi cəlb etdi. 
Məmməd Musayev  50 yaşına yaxın alim adını alıb. 
Bütün dünya əla bilir ki, həqiqi alim olanlar  27-30  arası, ən geci 35  yaşadək  alim adını qazanır. 
Məmməd müəllim də elmdən uzaq olduğu üçün  50 yaşında  kimlərinsə yazdıqlarının üzünü  köçürüb alim olub. Bunu biz demirik aaa, ən yaxın dostlarından biri bizə deyib.
Atalar boş yerə demir ee, qırxında öyrənən gorunda çalar, a Məmməd müəllim…
İkinci məqam odur ki, orada-burada, kantorlarda çalışan gənc Məmməd müəllim Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gələn kimi oldu Respublika Səhmdar Kommersiya Aqrar Sənaye Bankının İdarə Heyətinin Sədri.
Bir soruşan olmadı ki, a Məmməd müəllim, sənin bu cəbhəçilərlə hansı bağlılığın var idi..? 
Beləcə Məmməd müəllimin karyerası çiçəklənməyə başladı. 
Məmməd  Musayevin sonuncu müsahibəsinə də nəzər  salmalı olduq. 
Məmməd Musayev yazır ki, işğaldan azad edilmiş ərazilərdə gənc sahibkarlara böyük imkanlar yaradıla bilər…
Deyirəm, a Məmməd müəllim, 30 ildir Azərbaycanın aqrar sahəsini kor qoymusan, aqrar sahəyə, iş adamlarına fermerlərə ayrılan  kreditlərin az qala  yarısını öz cibinə qoyaraq….kənd təsərrüfatını məhv etmisən. 
Bu gün Azərbaycan bazarında  kartofun, soğanın  qiyməti ceyran belinə qalxıb..? 
Ölkə öz tələbatının heç  20 faizini ödəyə bilmir…
Niyə..? Çünki dövlətin aqrar sahəyə ayırdığı  100 milyonlarla krediti  həzm-rabedən keçirmisən. 
İndi isə yaşının 70 çağında deyirsən ki, işğaldan azad edilmiş ərazilərdə gənc sahibkarlara böyük imkanlar yaradıla bilər…
Sən işğal olunmayan ərazilərdəki təsərüfatları  30 il  işğal altında saxlamısan, indi də Qarabağdan danışırsan…sahibkarlıqdan dəm vurursan. 
A Məmməd müəllim, ölkədə pis-yaxşı məhkəmə-hüquq sistemi olsa, bilirsən də səni nə gözləyir…? 
Turan bankı idarə edən oğlun, bəlkə Qarabağda erməniyə bir daş atıb..? 
Adamı dəhşətə salan odur ki, orta məktəb müəlliminin yaşı 65 olan kimi deyirlər ki, xoş gəldin, get təqaüdə…
Hansıki uşaqlara dərs keçmək üçün 65 yaş elə də problem deyil. Bəs Məmməd Musayev 70 yaşında yuxarıda saydığımız  vəzifələri necə icra edir, o niyə təqaüdə getmir..? 
Söhbət problemdən düşmüşkən, bir neçə il əvvəl Beynəlxalq Bankla bağlı 3 milyard, sonra dedilər ki, 10 milyard kredit problemi ortaya çıxanda bu boyda problemi həll etməyi Məmməd Musayevə tapşırdılar…
Bir deyən olmadı ki, Məmməd Musayev Azərbaycanın bank  sektorunda ən böyük problemdir, buna necə problem tapşırmaq olar…? 
Məmməd Musayev öz tərcümeyi-halında  fəxrlə yazır ki, qardaş Türkiyənin Ziraat Bankının filialını Azərbaycanda mən açmışam. 
Həə, indi gəldik mətləb üstünə. 
Bəli, Azərbaycandakı yüz milyonlarla aqrar kreditləri “obnaliçka”  edən Ziraatbankın patronu Avni Dəmirçi ilə Məmməd Musayev  eyni yolun yolçularıdırlar. 
Yəqin ki, yaxın zamanda Avni Dəmirçinin həbs xəbərini eşidəcəyik. Sonra növbə Məmməd Musayevə çatacaq. 
Məmməd Musayev hətta problemli kreditləri həll  etmək üçün xeyli idmançılar da saxlayıb. 
Sözün qısası, bank sisteminə bələd olanlar gözəl bilir ki, Məmməd Musayev zəif bank rəhbəri olub və həmişə öz mənfəətini güdüb.
Və uzun illər  bank sektorunda rəhbər vəzifələrdə çalışan Məmməd Musayev vətəndaşlara verilən kreditlərin  hamısından “şapka” aldığı üçün ona  “Şapka Mamed”  deyiblər. 
Onun əməlləri barədə  Baş prokurorluğa minlərlə şikayət ərizəsi  daxil olub. Amma dostu Zakir Qaralov hamısını cırıb atıb. 
Yəqin ki, məmurların həbs dalğası  bir gün “Mamed”in də qapısını döyəcək…
Xatırladaq ki, yazıda möxtəlif saytların materiallarından istifadə olunub.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. (Gündelik-Bakı)

Həmçinin oxuyun

Azərbaycanda bu məhsullar ucuzlaşdı – RƏSMİ

Azərbaycanda ərzaq qiymətləri ucuzlaşıb. Dövlət Statistika Komitəsinin hesabatında bildirilib ki, bu ilin yanvar-mart aylarında ölkədə …