Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / Məktəbdə dəhşət: Qadın müəllim 15 yaşlı qız şagirdini zorlayıb

Məktəbdə dəhşət: Qadın müəllim 15 yaşlı qız şagirdini zorlayıb

Riyaziyyat müəllimi olan 40 yaşlı qadın 14 yaşlı qız şagirdinə cinsi təcavüz edib.

Cebhe.info xəbər verir ki, hadisə Türkiyənin paytaxtı Ankarada baş verib. Hadisəni qızın anası aşkarlayıb. O, qızının telefonuna baxarkən müəllimin çılpaq fotolarını və videogörüntülərini görüb. Bundan sonra qadını şikayəti ilə əlaqədar məsələ araşdırılıb və dəhşətli həqiqət ortaya çıxıb.

Prokurorluq orqanlarında aparılan araşdırma göstərib ki, qadın müəllim qız şagirdi ilə əlaqədə olub. Ancaq şagird müəllimi ilə “səmimi bir əlaqədə” olduğunu, onun evində qaldığını bildirərək, şikayətçi olmadığını deyib.

Zərərçəkənin yaşı 15-dən az olduğuna görə prokurorluq araşdırmanı davam etdirib. Qadın müəllim H.K.Y. isə təcavüz olayı aşkara çıxdıqdan sonra intihara cəhd edib. O, ifadəsində şagirdlə aralarında cinsi alaqə olduğunu inkar edib: “Video və fotolarımı göndərməmi o özü istədi. Niyə göndərdiyimi bilmirəm, amma heç bir cinsi münasibət olmayıb”.

Ancaq prokurorluğun hazırladığı ittihamnamədə müəllimənin 14 yaşlı qız şagirdini bərabər getdikləri ticarət mərkəzini ayaqyolunda və hətta maşının işində cinsi istismara məriz qoyduğu üzə çıxıb. Müəllimin 45 il həbsi tələb olunur.

Həmçinin oxuyun

Bu bank üçün “əcəl zəngi” çalınır

“Bank BTB”nin rəhbərliyində dəyişikliklər davam edir. Bu dəfə bankın Müşahidə Şurasının üzvü İkram Hümbətov vəzifəsindən …

Bir cavab yazın