Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / Məhəmməd Əlinin oğlu “müsəlman olduğuna görə” saxlanıb

Məhəmməd Əlinin oğlu “müsəlman olduğuna görə” saxlanıb

“The İndependent” yazır ki, boks əfsanəsi Məhəmməd Əlinin oğlu Florida hava limanında miqrasiya rəsmiləri tərəfindən saxlanıb və ondan dəfələrlə “müsəlman olub-olmadığı” soruşulub.

Kentucky ştatında çıxan Courier-Journal qəzeti yazır ki, 44 yaşlı Məhəmməd Əli və onun anası, mərhum boksçunun ikinci arvadı Khalilah Camacho-Ali Fort Lauderdale-Hollywood beynəlxalq hava limanına Yamayakadan gəlmişdilər.

Xəbər verilir ki, hava limanının rəsmiləri cənab Əlidən dəfələrlə adının niyə belə olduğunu soruşublar.

“Siz müsəlmansınızmı?” – deyə soruşurdular miqrasiya rəsmiləri, qəzet yazır.

Bu da xəbər verilir ki, cənab Əlinin müsəlman olduğu təsdiqlənəndən sonra da onun sorğu-sualı davam edib.

Boksçunun oğlu Philadelphia-da doğulub və ABŞ vətəndaşıdır.

ABŞ Gömrük və Sərhəd xidməti “ayrı-ayrı şəxslər” barədə şərh vermədiyini söyləyib (BBC).

Həmçinin oxuyun

Bu bank üçün “əcəl zəngi” çalınır

“Bank BTB”nin rəhbərliyində dəyişikliklər davam edir. Bu dəfə bankın Müşahidə Şurasının üzvü İkram Hümbətov vəzifəsindən …

Bir cavab yazın