Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / Məşhur aparıcının həyat yoldaşını güllələdilər –Türkiyədə

Məşhur aparıcının həyat yoldaşını güllələdilər –Türkiyədə

Məşhur “Sehirli anam” (“Sihirli annem”) serialında ekranlara gələn və sonra televiziya aparıcılığı ilə məşğul olan Jess Molhonun həyat yoldaşı Zeynəb Molho Türkiyənin Bodrum bölgəsində yerləşən gecə klubundakı insidentdə yaralanıb.

Qaynarinfo xəbər verir ki, gecə saatlarında baş verən silahlı hücumda yaralananlar arasında aparıcının həyat yoldaşı da var. Güllə onun kürəyinə girib, lakin daxili orqanlarını zədələməyib və bir qabırğası qırılıb.

Hadisə barədə açıqlama verən Molho bildirib ki, həyat yoldaşı möcüzəvi şəkildə həyatda qalıb və sabah keçiriləcək əməliyyatla güllə çıxarılacaq.

Qeyd edək ki, baş verən hadisə nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.

Həmçinin oxuyun

“Tenderlərə nəzarət edən qurumun qanunundan xəbəri yoxdur” – Ekspert

Dövlət satınalmalarına nəzarət edən qurum – İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət …

Bir cavab yazın