Çərşənbə , Aprel 17 2024
Ana səhifə / İqtisadiyyat / Mərkəzi Kəşfiyyat İdarəsinin gizli arxivində “Sovet zarafatları”

Mərkəzi Kəşfiyyat İdarəsinin gizli arxivində “Sovet zarafatları”

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin məxfilikdən çıxarılmış arxivində “Soviet Jokes” – “Sovet zarafatları” bölməsinin olduğu məlum olub.

Virtualaz.org Rusiya mətbuatına istinadən xəbər verir ki, lətifələr “Son dərəcə məxfi” qrifi altında saxlanılıb. Məlumatda həmçinin bir neçə lətifə nümunəsi də göstərilib. Məsələn, “Rus və amerikalı kimin ölkəsinin daha azad olması ilə bağlı mübahisə edirlər. Amerikalı deyir ki, ABŞ daha azad ölkədir. Məsələn, mən Ağ Evə çıxa, və qışqıra bilərəm: “Reyqan, cəhənnəm ol!” Rus dərhal cavab verir: “Mən də Kremlə çıxıb qışqıra bilərəm: “Reyqan, cəhənnəm ol!”

Yeri gəlmişkən, Ronald Reyqanın özünün sovet lətifələrini topladığı və onları tez-tez ictimai yerlərdə danışdığı məlumdur. Amma məxfi məlumatlarda onun soyadına Qorbaçovun soyadından fərqli olaraq, yalnız bir dəfə rast gəlinir.

Maraqlıdır ki, bütün bu Sovet zarafatları yenidənqurma dövrünə aiddir və sovet vətəndaşlarının fəlakətli maddi durumundan bəhs edir. Məsələn, bir zarafatda sovet dövründə mağazalarda ərzaq çatışmazlığı belə göstərilir:

“Kişi mağazaya girir və soruşur: “Sizdə ət yoxdur?” Satıcı ona cavab verir: “Yox, bizdə balıq yoxdur, ət isə qarşıdakı mağazada yoxdur”.

Həmçinin oxuyun

Dollar və qızılın dəyərinin artması nədən xəbər verir?

Günlərdir dünya bazarında ABŞ dolları dəyər qazanır. Həmçinin neftin qiyməti də yüksəlir.“Bloomberg” yazır ki, Yaxın Şərq ətrafında …

Bir cavab yazın