Cümə , Oktyabr 23 2020
Ana səhifə / İqtisadiyyat / Mərkəzi Bankdan manatı qorumaq üçün sərt pul siyasəti – ŞƏRH

Mərkəzi Bankdan manatı qorumaq üçün sərt pul siyasəti – ŞƏRH

Bir ildə baş verən iki kəskin devalvasiya dollar qıtlığı yaratsa da, manat kütləsinin artması müşahidə olunurdu.Bu isə manatın məzənnəsinin sabit saxlanılmasına imkan vermirdi.Mərkəzi Bank “üzən məzənnə” rejiminə keçid etsə də manatın kursuna nəzarəti əlində saxladı.Təsadufi deyil ki, bu gün də manatın məzənnəsini bazar deyil, məhz Mərkəzi Bank inzibati qaydada tənzimləyir. Bu günlərdə Mərkəzi Bankın İdarə Heyəti sədrinin müavini Alim Quliyev Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə keçirilən “Bank sisteminin yeni inkişaf dövrünə adaptasiyası” adlı II Bankçılıq Forumunda çıxış edərək deyib ki, məzənnə sabitliyi 2018-ci ildə də nəzarətdə saxlanılacaq. AMB yetkilisi dolayısı ilə deyib ki, məzənnə inzibati qaydada tənzimlənir və manatın kursunu bazar müəyyən etmir.
Ümumiyyətlə, Mərkəzi Bankın bu siyasəti heç bir zaman dəyişməyib. İlkin olaraq dövriyyədə olan manat kütləsini azaladaraq süni manat qıtlığı yaradan Mərkəzi Bank, bununla da məzənnəni sabit saxlamağa nail oldu. Ancaq iqtisadçılar dəfələrlə deyib ki, dövriyyədən pul kütləsinin çıxarılması və süni manat qıtlığının yaradılması inqtisadi aktivliyə birbaşa zərbə vurur.Manatın məzənnəsini sabit saxlamaq üçün Neft Fondundan Mərkəzi Banka 7.5 milyard manat transfert olundu. 2018-ci il büdcə müzakirələri zamanı Milli Məclisdə çıxış edən Azərbaycan Mərkəzi Bankın (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmovun çıxışında səsləndirdiyi bir sıra fikirlər narazılıq doğurub. AMB rəhbərinin çıxışında səsləndirdiyi fikirlərə münasibət bildirən deputat, Milli Məclisin İstisadi siyasət və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov “Ötən il 11,5 milyard dollar vəsait olub. İndi də 8 milyard dövriyyədə pul qalıb. Bu 3,7 milyard manat dövriyyədən çıxıb. Hanı bu pullar?”- deyə, Elman Rüstəmova sualla müraciət edib.
“Cümhuriyət” qəzetinə şərhində Natiq Cəfərli dövriyyədə olan manat kütləsinin azalmasını Mərkəzi Bankın sərt monitar siyasətində olduğunu deyib:
“Mərkəzi Bank son 1 ildə bu cür siyasət aparır. Dövriyyədə olan manat kütləsini müxtəlif alətlərlə və əsasən də repo (manat)  hərracları ilə toplamağa başlayıb. Bunun da səbəbi odur ki, dövriyyədə manat azaldıqca dolların məzənnəyə olan basqıları azalacaq.İqtisadi məntiqə görə Mərkəzi Bankın yanaşması bundan ibarətdir.Amma Mərkəzi Bank bir məsələni hesablaya bilmədi və ya düşünmək istəmədi ki, manat dövriyyəsi azaldıqca iqtisadi aktivlik də azalır. Ötən il Mərkəzi Bank çox sərt monetar siyasət yeritdi və kifayət qədər böyük həcmdə manatı dövriyyədən çıxartdı. Bunun nəticəsində də ümumdaxili məhsul 3.8 faiz azaldı.Nəticədə isə ən çox iqtisadiyyatı daralan ölkələr siyahısında Azərbaycanda MDB məkanında birinci yeri tutdu, dünya üzrə isə ilk onluğa düşdü. Bu ilə monetar siyasətdə bir az yumşaq addımlar atıldı. Nəticədə isə 0.8 faiz azalma müşahidə olundu.Yəni, müəyyən qədər azalma qeydə alındı.Mərkəzi Bank təbii ki, manatı toplayaraq öz hesablarında saxlayır.Əslində manatı toplayan Mərkəzi Bank sonradan iqtisadiyyatda canlanma yaratmaq üçün banklara uçot dərəcəsi səviyyəsində kredit verməlidir.Uçot dərəcəsi Azərbaycanda 15 faizdir.Yeri gəlmişkən bu da çox yüksəkdir.Banklar da həmin pulu kredit yolu ilə biznesə yönəltməli və iqtisadi aktivliyə dəstək verməli idi.Amma iqtisadiyyatın indiki durumunda, problemli kreditlərin həcminin sürətlə artdığı bir zamanda banklar belə yüksək faizlə Mərkəzi Bankdan pul almaqdan imtina etdilər. Banklar 15 faizlə götürdükləri kreditin üzərinə bank və əməliyyat xərclərini də gələrək ən az 24-25 faizlə biznesə ötürməlidirlər ki, biznes də bununla razılaşmır. Bunun nəticəsi olaraq iqtisadiyyatda ciddi azalmalar müşhidə olunur.Gələn ildə isə büdcə xərcləri artacaq.Büdcə xərclərində təqribən 4 milyard manat artım gözlənilir. Mərkəzi Bankın verdiyi açıqlamadan isə belə məlum olur ki, gələn il də bu siyasəti davam etdirib kifayət qədər sərt şəkildə pulu dövriyyədən çıxarmağa çalışacaqlar. Ola bilər ki, bu manatın stabilliyinə müsbət təsir göstərsin, amma iqtisadi aktivliyə ciddi zərbə olacaq. Bu amil gələn il də iqtisadi canlanmanın qarşısını alan faktorlardan biri olacaq”.

Həmçinin oxuyun

TAP enerji mənbələrini nəql etməyə hazırdır

Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik boru kəməri (TAP) hidrogen və biometan da …