Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / İqtisadiyyat / Mərkəzi Bankdan inflyasiya ilə bağlı AÇIQLAMA

Mərkəzi Bankdan inflyasiya ilə bağlı AÇIQLAMA

Azərbaycan Mərkəzi Bankı (AMB) hesab edir ki, bu il inflyasiya elan edilmiş çərçivədə, yəni 4±2 faiz səviyyəsində qalacaq.

Bu barədə Trend-ə Mərkəzi Bankdan məlumat veriblər.

AMB-nin hesablamalarına görə, qısamüddətli inflyasiya risklərinin balanslaşdırılmasına imkan verən sabitləşdirici amillər qalmaqdadır.

Qeyd olunub ki, inflyasiyanın sabitləşməsinə təsir göstərən əsas amillər sırasına əlverişli beynəlxalq konyunktur, profisitli tədiyyə balansı, balanslaşdırılmış valyuta bazarı və antiinflyasiya xarakterli monetar şərtlər daxildir.

Həmçinin oxuyun

TAP enerji mənbələrini nəql etməyə hazırdır

Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik boru kəməri (TAP) hidrogen və biometan da …