Şənbə , Dekabr 5 2020
Ana səhifə / İqtisadiyyat / Mərkəzi Bankda qeyri-müəyyənlik – Ənənəvi mərtbuat konfransından xəbər yoxdur

Mərkəzi Bankda qeyri-müəyyənlik – Ənənəvi mərtbuat konfransından xəbər yoxdur

Elman Rüstəmovun Mərkəzi Bankın İdarə Heyətinin sədri vəzifəsindən istefa verdiyinə dair xəbərlər dolayısı ilə də olsa təsdiqini tapmaqdadır. Yaxın zamanda bununla bağlı rəsmi məlumat veriləcəyi gözlənilir.

Qeyd edək ki, sabah Mərkəzi Bankın İdarə Heyətinin iclası keçirilməlidir. İclasda faiz dərəcələrinə baxılmalıdır. Faiz qərarından sonra ənənəvi olaraq, Mərkəzi Bankda mətbuat konfransının keçirilməsi nəzərdə tutulub. Lakin indiyədək KİV nümayəndələri mətbuat konfransına dəvət edilməyiblər. Dəvətin olmaması isə mətbuat konfransının təxirə salındığı qənaətinə gəlməyə əsas verir.

Bu arada məsələ ilə bağlı Mərkəzi Bankın mətbuat xidmətinin rəhbəri Namiq Əliyev açqılama verib. N.Əliyev Mərkəzi Bankın mətbuat xidmətinə belə bir məlumatın daxil olmadığını deyib. Göründüyü kimi, məlumatın nə təsdiq, nə də təkzib edilməsi deyilənlərin doğru olduğu qənaətini yaradır. Çünki adətən belə məlumatlar yalan olduğunda dərhal mətbuat xidmətləri tərəfindən rəsmən təkzib edilirdi.

Həmçinin oxuyun

Nəqliyyat və rabitə sektorunun kreditləşməsi ilin əvvəlindən 27% azalıb

Bu ilin noyabrın 1-nə Azərbaycanda nəqliyyat və rabitə sektoruna kredit qoyuluşunun həcmi ötən ilin eyni …