Ana səhifə / İqtisadiyyat / Mərkəzi Bank yarım milyona kompüterlər alır

Mərkəzi Bank yarım milyona kompüterlər alır

Azərbaycan Mərkəzi Bankı tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Tender müsabiqəsinin qalibi olan “ATA Texnologiya” MMC (VÖEN – 1400211841) Mərkəzi Banka  kompüter, printer, şəbəkə və ofis avadanlıqları satacaq.
Mərkəzi Bank alacağı avadanlıqlar üçün “ATA Texnologiya” MMC -yə 496 min 127 manat 67 qəpik ödəyəcək.
Alınacaq avadanlıqlar arasında əsasən notbuklar üstünlük təşkil edəcək. Mərkəzi Bank 120 ədəd notbuk, 60 ədəd monitor, 5 ədəd printer, 3 ədəd planşet və s. avadanlıqlar alacaq.
Məlumat üçün bildirək ki, tenderin qalibi olan “ATA Texnologiya” MMC 15.10.2004-cü il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 000 manat olan MMC-nin hüquqi ünvanı Nəsimi rayonu, Şəmsi Bədəlbəyil, ev 102-də yerləşir. MMC-nin qanuni təmsilçisi Yusifov Mais Əmir oğludur.
Qeyd edək ki, “ATA Texnologiya” MMC-nin rəsmi saytında şirkətin 2004-cü ildə “AtaHolding” MMC tərəfindən təsis edildiyi bildirilir.
Uzun illər mətbuatda “AtaHolding” şirkətinin 2022-ci ilin noyabr ayında İstanbulda vəfat edən sabiq vergilər naziri Fazil Məmmədova bağlı olması barədə məlumatlar yayılıb. 20 yaşından (1983-cü il təvəllüdlü) “AtaBank”da çalışan və 2016-cı ildə bankın İdarə heyətinin sədri vəzifəsinə təyin olunan Dəyanət Quliyev sabiq nazirin bacısı oğludur. Yeniavaz.com

Həmçinin oxuyun

Mərkəzi Bank daha bir kredit təşkilatının lisenziyasını ləğv etdi

“Gold Finance” və “Viza Kredit” bank olmayan kredit təşkilatlarının (BOKT) lisenziyası ləğv olunub. Bu barədə …