Şənbə , Fevral 24 2024
Ana səhifə / İqtisadiyyat / Mərkəzi Bank və SOCAR-AQŞ arasında məhkəmə çəkişməsi davam edir

Mərkəzi Bank və SOCAR-AQŞ arasında məhkəmə çəkişməsi davam edir

Azərbaycan Mərkəzi Bankı (AMB) və SOCAR-AQŞ arasında məhkəmə çəkişməsi davam edir.

Pravda.az-ın xəbərinə görə, AMB-nin SOCAR-AQŞ barəsində tərtib etdiyi protokola Səbail Rayon Məhkəməsinin hakimi Günel Səmədovanın sədrliyi ilə fevralın 2-də baxılacaq.

Qeyd: Mərkəzi Bank protokolu İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edib.

Həmçinin oxuyun

Universitet 5 mərtəbəli laboratoriya binası layihələndirmək istədi

Lənkəran Dövlət Universiteti (LDU) tərəfindən keçirilən tender müsabiqəsinin nəticəsi ləğv olunub.Yeniavaz.com xəbər verir ki, müsabiqənin nəticəsi …