Şənbə , Oktyabr 16 2021
Ana səhifə / İqtisadiyyat / Mərkəzi Bank uçot dərəcəsini yüksəltdi

Mərkəzi Bank uçot dərəcəsini yüksəltdi

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsini yüksəltməsi haqqında qərar qəbul edib.

Bu barədə AMB-nin məlumatında deyilir.

Uçot dərəcəsi 6,25%-dən 6,5%-ə, faiz dəhlizinin aşağı həddi 5,75%-dən 6%-ə, faiz dəhlizinin yuxarı həddi isə 6,75%-dən 7%-ə səviyyəsinə yüksəldilib.

Xatırladaq ki, faiz dәhlizinin parametrlәrinә dair növbəti qərarlar 29 oktyabr və 17 dekabr tarixlərində nəzərdə tutulub.

Qeyd edək ki, 29 oktyabr tarixində qәrarın açıqlanması mәtbuat konfransı ilә müşayiәt olunacaq.

Həmçinin oxuyun

Banklar dollarla bağlı məhdudiyyət tətbiq etdi – VİDEO

Son zamanlar bəzi banklara məxsus bankomatlarda ABŞ dolları ilə kartlara mədaxil xidmətinə məhdudiyyət qoyulub. İqtisadçı …