Martın 11-də Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək.
Hibrid depozit hərracında 350 mln. manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 14 gün təşkil edir.
“Bloomberg” ticarət platformasında keçiriləcək hərrac üzrə faiz dərəcələri 7,26 – 9,24% təşkil edir.