Şənbə , Avqust 15 2020
Ana səhifə / İqtisadiyyat / Məmurlara məxsus olan “karxana”lar niyə mədən vergisi vermirlər?

Məmurlara məxsus olan “karxana”lar niyə mədən vergisi vermirlər?

Ölkə bələdiyyələri ötən il yerli əhəmiyyətli tikinti materiallari üzrə mədən verigisindən 1.198.000 manat maliyyə vəsaiti əldə ediblər. Bu da 2018 – ci illə müqayisədə 2.6 dəfə artıq deməkdir. 
Ümumən mədən vergisinin yerli büdcədə tutduğu yer 3.3 faiz bərabər olub. Bu barədə məlumat Dövlət Statistika Komitəsindən məlumat verilib.
Rayonlar üzrə rəqəmlər belə alınıb:
Quba bələdiyyələri 502.800 manat, İmişli bələdiyyələri 114.800 manat, Qəbələ bələdiyyələri 98.000 manat, Qazax bələdiyyələri 91.500 manat Göyçay bələdiyyələri 66.600 manat, Balakən bələdiyyələri 46.200 manat, Lənkəran bələdiyyələri 37.500 manat Siyəzən bələdiyyələri 29.400 manat, Şəmkir bələdiyyələri 27.900 manat Tərtər bələdiyyələri 22.000 manat Göygol bələdiyyələri 19.800 manat, Xaçmaz bələdiyyələri 18.400 manat, Abşeron bələdiyyələri 16.400 manat, Bərdə bələdiyyələri 12.200 manat, İsmayıllı bələdiyyələri 10.100 manat, Xızı bələdiyyələri 8.400 manat, Qax bələdiyyələri 6.800 manat, Şəki bələdiyyələri 6.700 manat, Gəncə bələdiyyələri 6.300 manat, Salyan bələdiyyələri 5.700 manat, Masallı bələdiyyələri 5.500 manat, Naxçıvan bələdiyyələri 3.600 manat, Şamaxı bələdiyyələri 3.300 manat, Ağsu bələdiyyələri 1600 manat, Sumqayıt bələdiyyələri 2.600 manat, Oğuz bələdiyyələri 1.500 manat, Yevlax bələdiyyələri 1.500 manat, Zakatala bələdiyyələri 1. 200 manat, Ağdaş bələdiyyələri 1.200 manat, Bakı bələdiyyələri 1.200 manat, Qusar bələdiyyələri 1.000 manat maliyyə vəsaiti əldə edə biliblər.

Onu da əlavə edək ki, 2018- ci illə müqayisədə 2019-cu ildə mədən vergisini Qazax bələdiyyələri 91.5 dəfə, Göyçay bələdiyyələri 12.3 dəfə, İsmayıllı bələdiyyələri 12.6 dəfə, Qəbələ bələdiyyələri 8.9 dəfə, Lənkəran bələdiyyələri 5.8 dəfə, Bərdə bələdiyyələri 5.5 dəfə, Tərtər bələdiyyələri 5.1 dəfə, Zakatala bələdiyyələri 2.4 dəfə, Quba bələdiyyələri 2.4 dəfə, Siyəzən bələdiyyələri 3.9 dəfə, İmişli bələdiyyələri 2.7 dəfə, Balakən bələdiyyələri 2.2 dəfə, artıra biliblər.
Təəssüfedici məqam ondadır ki, digər rayon bələdiyyələrinin böyük əksəriyyətinin ərazisində çoxsaylı daş karxanaları olduğu halda mədən vergisini toplaya bilməyiblər. Hətta buna səbəb kimi bir sıra rayonlarda həmin mədənlərin rayonun birinici şəxsinə aid olduğundan bu vergini yığa bilmədiklərini qeyd edirlər.
Bununla yanaşı mədən vergisinin artımında Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzinin və regional ədliyyə idarələrinin də xüsusi xidmətləri olduğunu qeyd etmək lazımdır. Belediyye.info

Həmçinin oxuyun

Azərbaycan manatı üçün əlamətdar gün – 28 il ötdü

Bu gün Azərbaycanın milli valyutası – manatın dövriyyəyə buraxılmasından 28 il keçir.Ötən əsrin sonunda müstəqillik …