Ana səhifə / İqtisadiyyat / Məkkədə “halal seks mağazası” açılacaq – Səudiyyə Ərəbistanı ruhaniləri icazə verdilər

Məkkədə “halal seks mağazası” açılacaq – Səudiyyə Ərəbistanı ruhaniləri icazə verdilər

Bütün dünya müsəlmanları üçün müqəddəs şəhər sayılan Məkkədə ilk halal “seks şop” açılacaq. Modern.az saytı “İnternation Business Times” qəzetinə istinadən xəbər verir ki, mağazanın açılacağını Hollandiyada bir neçə seks-şopa sahib olan Əbdüləziz Aurax bəyan edib. Aurax artıq Səudiyyə Ərəbistanı ruhanilərinin razılığını aldığını da vurğulayıb.

“Al Asira” adını alacaq seks-şop dini liderinin İslam dinin icazə verdiyi məhsulları – rezin qoruyucuları, 18 adda müxtəlif cinsi oyuncaqları satışa çıxaracaq.

Əbdüləziz Aurax seks-şopların kişi və qadınlar arasında seksual münasibətlərin yaxşılaşmasına xidmət edəcəyini deyib.

Müsəlman ölkələri üçün ilk seks-şopu türkiyəli biznesmen Haluk Murat Demir açıb. 2013-cü ilin oktyabrından fəaliyyətdə olan “Helal sex shop” din qaydalarına zidd olmayan seksual oyuncaqların satışı ilə məşğul olur.

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …

Bir cavab yazın