Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / İqtisadiyyat / Məhəmməd Əli iyunun 10-da dəfn olunacaq

Məhəmməd Əli iyunun 10-da dəfn olunacaq

Dünən vəfat edən məşhur boksçu Məhəmməd Əli iyunun 10-u ABŞ-ın Luisvil şəhərində torpağa tapşırılacaq.

Azinforum.az bildirir ki, bu barədə Məhəmməd Əlinin ailə üzvləri məlumat veriblər.

Mərasimdə ABŞ-ın sabiq prezidenti Bill Klinton da iştirak edəcək. Vida mərasiminin internet vasitəsilə canlı yayımlanacağı bildirilir.

Xatırladaq ki, dünyanın ən məşhur idmançılarından biri olan Məhəmməd Əli ölümündən iki gün əvvəl tənəffüs sistemində yaranan problemlə bağlı yerləşdirildiyi Arizona ştatının Feniks şəhər xəstəxanasında dünyasını dəyişib.

Əfsanəvi boksçunun ölümü dünyanın hər yerində kədərlə qarşılanıb. ABŞ prezidenti Barak Obama da idmançı ilə bağlı fikirlərini bölüşüb: “Hamı kimi mən və Mişel də onun ölümündən kədərlənirik. Amma biz eyni zamanda bir anlıq olsa belə onu tanıdığımıza görə Tanrıya minnətdarıq”.

1984-cü ildən Parkinson xəstəliyindən əziyyət çəkən Məhəmməd Əli peşəkar karyerası ərzində 37-si nokautla olmaqla, 56 döyüşdə rinqi qələbə ilə tərk edib. O, keçirdiyi 61 döyüşün yalnız 5-də məğlubiyyətə uğrayıb. Onun adı peşəkar boksun simvoluna çevrilib.

Məhəmməd Əli 1960-cı ildə Roma Olimpiya Oyunlarının çempionu olub, 1999-cu ildə isə “Əsrin idmançısı” seçilib.

Onu da qeyd edək ki, 1942-ci il yanvarın 17-də ABŞ-ın Kentukki ştatının Luisvill şəhərində doğulan Məhəmməd Əli İslam dinini qəbul edənədək Kassius Marsellus Kley (Cassius Marcellus Clay) adını daşıyıb.

Həmçinin oxuyun

Deputatdan “Türkiyəyə yatırım edək” çağırışı

Azərbaycan öz torpaqlarını işğaldan azad etmək üçün apardığı Vətən müharibəsində ən böyük dəstəyi qardaş Türkiyədən …

Bir cavab yazın