Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / Lüt adamların da realiti-şousu ekranlara çıxdı – “Demokratiya”nın iyrəncliyi…

Lüt adamların da realiti-şousu ekranlara çıxdı – “Demokratiya”nın iyrəncliyi…

Əxlaqsız proqrama “Adəm və Həvva” adı qoyanların məqsədi bəşəriyyəti abır-həya “kompleksi”ndən tam azad etməkdir…

İspaniyada çılpaq adamların iştirakıyla yeni realiti-şou başlandı. Moderator.az-ın Rusiya mediasına istinadla verdiyi xəbərə görə, biabırçı veriliş ölkənin “Dördüncü kanal”ında start götürüb. Bundan öncə oxşar şoular Hollandiya və Almaniyada başlayıb. Lakin “Adəm və Həvva” adı verilmiş növbəti realiti-şou öz rəzilliyi ilə seçilir.
Kanal rəsmisi Mariano Blankanın sözlərinə görə, bu,“Kim mənim oğluma ərə gəlmək istəyir?”, Fermer özünə arvad axtarır” kimi evlilik realiti-şoularının davamıdır. Bu şounun fərqli cəhəti iştirakçıların hamısının tamamilə çılpaq olmasıdır. Layihə rəhbərləri deyir ki, proqrama yalnız “həm fiziki, həm də emosional  baxımdan soyuna bilən”, yəni loru dildə desək,dindən-dondan çıxıb abır-həyasını çölə tullayanlar qəbul edilir.
Realiti-şou bir ay yarım ərzində Xorvatiyada çəkilib. Aparıcı Monnika Martines verilişdə ən əsası,adamların hiss və duyğularının tam əks tərəfə dönüşü, onların öz komplekslərini necə dəf etməsi maraqlıdır…
P.S. Belə verilişlərin yaradıcıları və iştirakçıları insana Yaradan tərəfindən fitrətən verilmiş abır-həyanı lazımsız, həyatın dolğunluğuna mane olan bir “kompleks” kimi dəyərlərndirirlər. Onlar  bəşəriyyətə guya ilk adamlar Adəm və Həvvanın da abır-həyadan uzaq olduğu üçün lüt gəzməkdən, əxlaqsızlıqdan, fahişəlikdən çəkinməməyi  təlqin edirlər…
P.S.S. Azərbaycan telekanallarında da belə bir şou təşkil edilsə, lap “inkişaf edib” Avropaya, Amerikaya çatarıq… Onsuz da bizim “ulduzlar” da camaatın gözü qarşısında lütlənməyi qəhrəmanlıq hesab etməkdədirlər…

Həmçinin oxuyun

Bankların kredit fırıldağı – Müştərini belə aldadırlar 

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və …

Bir cavab yazın