Ana səhifə / İqtisadiyyat / Lukaşenko Qırğızıstandakı sammitə 12 yaşlı oğlu ilə getdi

Lukaşenko Qırğızıstandakı sammitə 12 yaşlı oğlu ilə getdi

Belarus prezidenti Aleksandr Lukaşenko Qırğızıstanda keçiriləcək Avrasiya Ali İqtisadi Şurasının iclasında və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının liderləri ilə görüşdə iştirak etmək üçün bu ölkəyə rəsmi səfər edib.

“Qafqazinfo”nun “Ria Novosti”yə istinadən verdiyi məlumata görə, Lukaşenko 12 yaşlı oğlu Nikolayı da özü ilə Qırğızıstana aparıb.

Bildirilir ki, Nikolay protokol qaydalarına uyğun – zolaqlı tünd rəngli kostyum və parlaq köynək geyinib. Onu mühafizəçilər müşayiət edib.

Qeyd edək ki, Belarus prezidenti demək olar ki, getdiyi bütün rəsmi səfərlərdə kiçik oğlunu da özü ilə birgə aparır. Lukaşenko 2016-cı ilin noyabrında Azərbaycana səfəri zamanı da Nikolayı özü il gətirmişdi.

O, 2015-ci ildə 11 yaşlı oğlunu BMT-nin Baş Assambleyasına apararaq onu nümayəndə heyətinə məxsus yerdə əyləşdirmişdi. Prezidentin bu addımı dünya siyasətçiləri arasında ciddi müzakirələrə səbəb olmuşdu. Bir çoxları Lukaşenkonun bu addımını oğlunu öz siyasi varisi kimi görməsi kimi əsaslandırsalar da, prezident bu söz-söhbətləri əsassız adlandırmışdı. Lider bunu onunla izah etmişdi ki, uşaq ona çox bağlıdır və onsuz heç yatmağa da getmir.

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …

Bir cavab yazın