Cümə , İyul 19 2019
Ana səhifə / İqtisadiyyat / Lukaşenko beşinci dəfə Belarusun prezidenti seçildi

Lukaşenko beşinci dəfə Belarusun prezidenti seçildi

Belarusun cari prezidenti Aleksandr Lukaşenko dövlət başçısı seçkilərində qalib gəlib, o seçicilərin 83,49% səsini toplayıb, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Lidiya Yermoşina bildirib.

Oxu.az xəbər verir ki, Liberal-demokrat partiyasının lideri Sergey Qaydukeviçə 3,32% seçici, “Həqiqəti söylə” vətəndaş kampaniyasının nümayəndəsi Tatyana Korotkeviçə 4,42% seçici, Belarus vətənpərvər partiyasının sədri Nikolay Ulaxoviçə 1,67% seçici səs verib.

Seçkilərdə səsvermə hüququ olan vətəndaşların 87,2%-i iştirak edib.

Seçki gününün nəticələrinə görə, 61 yaşlı Aleksandr Lukaşenko beşinci dəfə Belarus prezidenti postunu tutacaq.

Lukaşenko ilk dəfə 1994-cü ildə dövlət rəhbəri seçilib.

Xatırladaq ki, Belarus müxalifəti prezident seçkilərinin yekunlarını qəbul etməkdən imtina edib və onları saxtalaşdırılmış hesab edir.

Aleksandr Lukaşenko bəyan edib ki, prezident seçkiləri ərəfəsində Qərbin ölkədə görmək istədiyi hər şeyi edib.

* * * 20:20

Belarusda keçirilən prezident seçkiləri baş tutmuş hesab olunub.

“Report” xəbər verir ki, Belarusun Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçkilərin tanınması üçün seçicilərin lazımi 50 faizlik iştirak həddi qeydə alınıb.

Bundan əvvəl verilən məlumata görə, seçicilərin 1/3-i səsverməyə vaxtından əvvəl gəlib.

* * *11:15

Belarusda prezident seçkilərində səsvermə başlayıb. APA-nın məlumatına görə, seçki məntəqələri yerli vaxtla saat 08.00-da açılıb, səsvermə saat 20.00-dək davam edəcək.

Respublika ərazisində 6100 seçki məntəqəsi fəaliyyət göstərir. Respublikadan kənarda yaşayan Belarus vətəndaşları üçün isə 49 seçki məntəqəsi yaradılıb.

Hazırkı dövlət başçısı Aleksandr Lukaşenko ilə yanaşı, Liberal-Demokrat Partiyasının lideri Sergey Qaydukeviç, “Qovori pravdu” (“Həqiqəti danış”) kampaniyasının fəalı Tatyana Korotkeviç və Belarus Vətənpərvər Partiyasının sədri Nikolay Ulaxoviç prezident postu uğrunda mübarizə aparır.

Qeyd edək ki, A. Lukaşenko 21 ildir, hakimiyyətdədir.

Həmçinin oxuyun

Büdcə kəsiri kritik həddən 2 dəfədən çox azdır – Təhlil

2019-cu ilin birinci yarısında  dövlət büdcəsinin icrası ilə bağlı məlumatlar açıqlanıb.  İlin ilk 6 ayında …

Bir cavab yazın